Tokionun yeni “Ağ kitabı”: Çin ordusu...
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiya Çinin xarici siyasəti və hərbi fəaliyyətini ölkə və beynəlxalq ictimaiyyət üçün ciddi strateji problem hesab edir.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyinin avqustun 4-də təsdiqlədiyi illik “Ağ kitabı”nda bildirilib.
Qeyd olunur ki, Çin son 30 ildən artıq müddətdə hərbi gücünü həm keyfiyyət, həm də kəmiyyət baxımından sürətlə artırıb. Tokionun fikrincə, Pekin müdafiə xərclərini də yüksək səviyyədə artırmağa davam edir.
Yaponiya xüsusilə Çin ordusunun ölkə ətrafındakı fəaliyyətindən narahatdır. Hesabatda ərazi mübahisəsinin olduğu Senkaku adaları, həmçinin Cənubi Çin dənizində Çinin fəallığı diqqətə çatdırılır.
Tayvan məsələsi də hesabatda əsas mövzulardan biri kimi göstərilir. Tokio hesab edir ki, Çin sahil mühafizə qüvvələrindən istifadə etməklə Tayvan ətrafında hərbi əməliyyata keçmədən təzyiq və blokada yarada bilər.
Yaponiya Müdafiə Nazirliyi ABŞ və Çin arasındakı siyasi, iqtisadi və hərbi rəqabətin də gələcəkdə daha da güclənəcəyini proqnozlaşdırır.
Hesabatda bu rəqabətin Çinin sürətli yüksəlişi və iki ölkə arasında həllini tapmamış məsələlərlə bağlı olduğu vurğulanır.
Tokio hesab edir ki, yaranmış vəziyyətə qarşı Yaponiya öz milli imkanlarını gücləndirməli, həmçinin ABŞ və digər müttəfiq və tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirməlidir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















