Icma.az
close
up
RU
Tökülən saçları yeniləyən, keçəlliyə son qoyan 5 TƏBİİ VASİTƏ

Tökülən saçları yeniləyən, keçəlliyə son qoyan 5 TƏBİİ VASİTƏ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Saç tökülməsi ən çox görülən problemlərdən biridir. Genetik faktorlar, boya kimi həddindən artıq kimyəvi proseslərə məruz qalma, nizamsız və qeyri-sağlam qidalanma, düzgün olmayan qulluq üsulları, stress kimi bir çox faktor saç tökülməsinin ən böyük səbəbləri arasındadır. Saç tökülməsini dayandırmaq üçün bir çox təbii üsullar var. Xüsusilə bəzi təbii yağlar saçın saç köklərini qidalandıraraq yeni saçların çıxmasına kömək edir. Tökülən saçları bərpa edir.

Həyatınızın istənilən mərhələsində saç tökülməsi ilə qarşılaşa bilərsiniz. Ümumiyyətlə, hər gün 80-100 tel saç tökülməsi normal sayılır. Ancaq bu rəqəmin üzərində saç tökülməsi ciddi saç problem hesab edilir.

Bəzi təbii yağlar vitaminləri saç köklərində saxlayır. Saç köklərini qidalandıraraq saç tökülməsini dayandırmağa kömək edir. Bu üsullar  saçların daha sürətli uzanmasına da təsir edir. Keçəllik probleminin də həlli olan bu təbii yağlar kəpək, quruluq, qaşınma kimi saç problemlərində də çox təsirlidir.

Saç tökülməsinə qarşı effektiv yağlar:

BADAM YAĞI

Şirin badam yağı E vitamini ilə çox zəngin olan təbii yağlar arasındadır.

Şirin badam yağı saç köklərini gücləndirərək saç tökülməsi problemini tamamilə aradan qaldırır. O, həmçinin saçların daha canlı, parlaq və gur olmasına kömək edir.

Badam yağı E vitamini ehtiva etdiyi üçün saç tökülməsinə qarşı təsirlidir. E vitamini saçları çox tez qidalandırır.

HİNDİSTAN YAĞI

Hindistancevizi yağı saçlar üçün ciddi nəm mənbəyidir. Saçları nəmləndirir və xarici amillərə qarşı güclü edir. Saç tökülməsini dayandırır. Baş dərisi problemlərini aradan qaldırır.

Hindistancevizi yağı saç tellərini bərpa edir və qoparaq tökülməni aradan qaldırır. Saç tökülməsi probleminin həllini hindistan cevizi yağı ilə tapa bilərsiniz.

Saç köklərini həftədə 1-2 dəfə kokos yağı ilə masaj edin. 40-45 dəqiqədən sonra saçınızı yuyun.

ARQAN YAĞI

Arqan yağı “maye qızıl” adlanan yağ turşuları, antioksidantlar və E vitamini ilə zəngindir.

Arqan yağı saç follikullarını qidalandırır və saçları gücləndirir. Saç tökülməsini dayandırmağa kömək edir.

Tərkibindəki Arqan yağı sayəsində saçların yumşaq və canlı görünməsinə də kömək edir. Arqan yağı saç köklərini qidalandırdığı üçün saçlarınızın iki dəfə sürətlə uzanmasına imkan verir.

Həftədə 2-3 dəfə baş dərisinə masaj edərək arqan yağı çəkin. 35-40 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Arqan yağını duşdan sonra saçın uclarına serum kimi də istifadə edə bilərsiniz.

QARA ZİRƏ YAĞI

Qara zirə yağının tərkibində A, H, B1, B2 və B6 vitaminləri var. Qara zirə yağı vitaminlərlə zəngin olduğu üçün saç köklərini qidalandırır və gücləndirir.

Əgər saç tökülməsi probleminiz varsa, qara zirə yağı müntəzəm istifadə ilə saç tökülməsini dayandırır. Cansız saçlara parlaqlıq verir. Saç tellərini qalınlaşdırır və saçların sağlam uzanmasına kömək edir.

Qara zirə yağı baş dərisində qaşınmanın qarşısını alır. Kəpək problemini aradan qaldırır. Nəm saxlayaraq saçları xarici faktorlara qarşı gücləndirir.

ZEYTUN YAĞI

Zeytun yağı E vitamini ilə zəngin təbii yağlardan biridir. Zeytun yağı müntəzəm istifadə edildikdə saç dərisində vitaminləri saxlayır və saç tökülməsini dayandırır. Zeytun yağı saçları nəmləndirir və xarici amillərə qarşı gücləndirir.

Zeytun yağı saç tellərini bərpa edir və qırılmasının qarşısını alır. Zədələnmiş saçları bərpa etmə xüsusiyyətinə də malik olan zeytun yağı saçları parlaq edir, yumşaldır və sürətli uzanmasını təmin edir.

Saç köklərinə 1-2 damcı zeytun yağını masaj edin.Zeytun yağını saçınızda 35-40 dəqiqə saxlayın. Sonra zeytun yağını saçınızdan təmizləyin və həftədə 1-2 dəfə müntəzəm olaraq tətbiq edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:344
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri