Tolerantlığın inkişafı üçün dövlət hansı işləri görüb? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“Tolerantlıq əslində bizə Qərbdən keçmiş termindir. Lakin mahiyyəti etibarı ilə xalqımız əzəldən tolerant olub. Dözümlülük ehtiva edən bu mahiyyət çox yerdə özünü doğrultmur. Lakin xalqımız əski, tarixi ənənələrimizə dəyər verərək hər zaman millətlərə, fərqli inanclara loyal yanaşıb, tolerant qarşılayıb. Milli və dini tolerantlıq inkişaf etməlidir ki, qarşıya çıxan təhdidləri aşa bilək”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan səsləndirib.
“Düşmən qüvvələr davamlı olaraq xalqımızın milli tolerantlığını pozmağa çalışıb, separatçılıq yaratmağa cəhd edib. Eyni zamanda bəzi ölkələr öz ideoloji və milli maraqları naminə ölkəmizdə dini zəmində radikalizm, məzhəb ayrıseçkiliyi, ekstremizm yaratmağa cəhd ediblər. Şübhəsiz ki, dövlətin bu yöndəki siyasəti və aidiyyəti qurumların dinamik fəaliyyəti buna imkan verməyib. Habelə xalqımızın genetik milli xüsusiyyərlərində, xarakterində də ayrıseçkilik, fərq qoymaq anlayışı yoxdur. Xalqımız yumruq kimi birliyini, həmrəyliyini hər zaman büruzə verib. Bu, ən bariz şəkildə 44 günlük Vətən müharibəsi zamanı da özünü göstərdi”.
İlahiyyatçı vurğulayır ki, dini yöndə tolerantlıq ənənələrimiz dünyada örnək göstərilir.
“Hətta İslamın beşiyi sayılan bir çox ərəb ölkələrindən nümayəndələr gəlib Azərbaycandakı məzhəblər arasında mövcud olan vəhdətin, həmrəyliyin, tolerantlığın sirlərini öyrənməyə çalışırlar. Eyni məsciddə bütün məzhəblərin mənsublarının birgə namaz qılaması hər ölkədə mümkün deyil. Lakin Azərbaycanda hətta eyni imama tabe olaraq bir neçə məzhəbin mənsubu namaz qılır, dua edir. Habelə dinlər arasında da bu belədir. Xristian və yəhudilərin dini icmaları münbit şəraitdə fəaliyyətdədirlər. Müsəlmanlarla yəhudi və xristianlar, həmçinin başqa dinlərin mənsubları davamlı şəkildə ünsiyyətdə olur, birgə dua edir, tədbirlərə qatılır, sosial həyatda müştərək faydalı işlərə imza atırlar. Dini yöndə tolerantlığın inkişaf etdirilməsində dövlətin siyasətini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi böyük təcrübəsi sayəsində yüksək səviyyədə həyata keçirir”.
T.İrfan vurğulayır ki, mütəmadi olaraq dini icmalar və dini konfessiyaların üzvləri ilə görüşlər keçirilir, tədbirlər təşkil olunur və hətta Komitə sədri cənab Ramin Məmmədov dini ocaq və ibadət yerlərinə şəxsən baş çəkir, icmaların fəaliyyəti ilə əyani şəkildə maraqlanır.
“Eyni zamanda dini konfessiyaların sərbəst fəaliyyəti və inkişafı üçün onlara maddi dəstək verilir, illik vəsait ayrılır. Tolerantlığın inkişafına mane olan, dini radikalizmə cəhd edən və xurafat pərdəsi altında məzhəbçilik zəminində ayrıseçkilik yaratmağa cəhd edən qüvvələr əsasən xarici təsirlərə uyanlar, xaricdə dini təhsil alanlar arandan çıxır. Kifayət qədər kadrın olmaması xarici təsirlərə düşən bəzi şəxslərin hələ də müəyyən səbəblərdən məscidlərdə fəaliyyətinə səbəb olub. Bu şəxslər siyasi İslamı, əsasən İranın dövlət ideologiyası olan məzhəbçi xətti əsas götürürlər. Bir qrup da ərəb ölkələrində təhsil alaraq sələfilər adlanan cərəyanı təmsil edirlər ki, onların içindən də radikallar, dünyəvi quruluşa zidd çıxanlar meydana gəlir. Nəticədə qeyd olunan iki qrup qütbləşmə yaradaraq rəqabət şəraitində “inkişaf” edirlər. Sosial şəbəkələr də bu cür qrupların təbliğatında mühüm rol oynayır. Əsasən Yutub kanalları vasitəsi ilə orta əsrlərin dini zəmində tarixi münaqişələrini qabardır, xurafatı yayır, bəzən də dünyəvi dövlət quruluşu ilə barışmaz mövqe nümayiş etdirirlər. Bu kimi zümrələrin islah olunması üçün də maarifləndirmə vacibdir. Azərbaycan İlahiyyat İnstitutunu artıq fəaliyyətdədir və milli kadrların yetişməsi davam edir. Milli kadrların yetişməsindən sonra tədricən xarici təsirlərdə olan, başqa ölkələrin din modelini ölkədə təbliğ edənlərin səhnədən uzaqlaşdırılması vacibdir. Bunun üçün də müəyyən zaman lazımdır. Xarici təsirlərin qarşısının alınması zəruridir. Çünki fəxr etdiyimiz indiki tolerantlıq davamlı olmalıdır. Gələcək üçün problem saxlamaq olmaz. Tolerantlığın inkişafı üçün bu ənənəyə xələl gətirən bütün təsir və təbliğatların qarşısı alınmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 11 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















