Tolerantlıq Evində “Zəfər Günü: Tarixi yaddaş və milli kimlik” adlı tədbir keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 6-da Xəzər Universitetində “Zəfər Günü: Tarixi yaddaş və milli kimlik” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Tolerantlıq Evi və Xəzər Universiteti tərəfindən birgə təşkil olunan tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümünə həsr olunub.
Əvvəlcə Dövlət Himninin səsləndirilib, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılıb.
Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Universitetin Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu, Tolerantlıq Evinin direktoru Fatma Paşazadə, Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaların rəhbərləri – Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Alban-Udi icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov, Roma-Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev çıxış ediblər.
Xəzər Universitetinin müəllimləri Rüxsarə Quliyeva “Zəfər Gününün beynəlxalq hüququn prinsipləri baxımından təhlili” və Yaqub Məmmədov “Qarabağda bərpa olunan arxeoloji tədqiqatlar: tarixin zəfərlə yenidən yazılması” mövzularında məruzələr ediblər.
Tədbirdə qazilərdən Şuşa fatehi Şiraz Həsənova, “Suqovuşan fatehi” ləqəbli, Zəfər ordenli, şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidliyə, şəhid Həsən Məmmədovun qızı Arzu Məmmədovaya söz verilib.
Çıxışlardan sonra yazıçı İlqar Kamilin şəhid leytenant Murad Nağıyevin həyatına həsr olunmuş “9-cu Mərtəbə” adlı romanının təqdimatı keçirilib.
Sonda xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 07 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















