Icma.az
close
up
RU
Tolerantlıq Evində Bir Vətən, bir ürək! adlı tədbir keçirilib

Tolerantlıq Evində Bir Vətən, bir ürək! adlı tədbir keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Tolerantlıq Evində 27 Sentyabr-Anım Günü ilə əlaqədar "Bir Vətən, bir ürək!" adlı tədbir olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə QMİ-nin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, dini icmaların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, tələbələr və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Tolerantlıq Evinin direktoru Fatma Paşazadə sentyabrın 27-nin Azərbaycan tarixində xüsusi bir gün olduğunu vurğulayıb. “Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi, həmçinin igid oğulların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün azad, güclü və qalib xalq kimi yaşayırıq. Bu tədbirdə müxtəlif dini icmaların nümayəndələrinin də bir araya gəlməsi böyük məna daşıyır. Çünki Azərbaycanda müxtəlif icmaların üzvləri bir ailə kimi yaşayırlar. Vətən müharibəsində də onlar bir araya gəldilər. Bununla bir daha dünyaya nümayiş etdirdik ki, Azərbaycan tolerant ölkədir", - deyə o diqqətə çatdırıb.

Daha sonra Vətən müharibəsinin ildönümü münasibətilə videoçarx nümayiş etdirilib.

QMİ sədrinin müavini Fuad Nurullayev çıxışında Vətən sevgisindən danışıb: "Azərbaycan övladları Vətən müharibəsində dini mövqeyindən asılı olmayaraq, “Dəmir yumruq” ətrafında birləşdilər. Şəhidlər adlarını tarixə yazdılar. Şəhidlər öləndə deyil, yad edilməyəndə unudulurlar. Buna görə də onların xatirəsini daim yaşatmalıyıq".

Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev şəhidlərin ruhunun Tanrının dərgahında ən yüksək zirvədə olduğunu vurğulayıb. "Dünyada Günəşin və ölümün üzünə dik baxmaq olmur. Şəhidlər isə ölümün üzünə dik baxan insanlardır. Buna görə də onlara şəhidlik zirvəsi verilib. Ulu Öndər Heydər Əliyev həmişə qeyd edirdi ki, azadlıq elə bir nemətdir ki, dünyanın qalan nemətləri onun yanında su qiymətinədir. Azadlığımız təmin olundu, bizə möhtəşəm Qələbə bəxş edildi. Beləliklə də, kimliyimizi bütün dünyaya tanıda bildik. Dünya indi bilir ki, Azərbaycan xalqı nələrə qadirdir. Biz əcdadlarımıza minnətdar olmalıyıq ki, bizə belə gözəl məkanı Vətən seçiblər", - deyə o vurğulayıb.

Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy (Smirnov) çıxışında Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyü ilə nəticələndiyini xatırladıb: "Azərbayacn hər zaman multikultural ölkə olub. Burada dini icmaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Bundan sonra da bütün çətin anlarda bir yerdə olacağıq".

QMİ-nin qazisi Surxay Məmmədli çıxışında Vətən yolunda şəhid olanların ali zirvəyə çatdığını, şəhidliyin çox böyük anlayış olduğunu qeyd edib.

Azərbaycan Katolik kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev çıxışında 2020-ci ildə Vətən müharibəsinin başladığı gündə hamının bir araya gəldiyini xatırladıb: "Müxtəlif dini icmaların üzvlərinin bir yerdə olmasını hamı gözləmirdi. Azərbaycan xalqı, onun rəhbərliyi bütün planları alt-üst etdi. Hamıya nümayiş etdirdik ki, müxtəliflik həqiqətən də bir güc mənbəyi, amili ola bilər. Müharibə başlayan andan katolik kilsəsi olaraq ədalətli sülh üçün dua edirdik".

Tədbirdə şəhid mayor Vüsal Əliyevin qardaşı Elyar İslamoğlu, şəhid leytenant Teymur Əzimovun həyat yoldaşı Zeynəb Səmədova, şəhid İmran Qurbanovun anası Sədaqət Qurbanova, şəhid Bədrəddin Quliyevin həyat yoldaşı Nataliya Quliyeva, şəhid polkovnik-leytenant Mürşüd Rəhimovun ailə üzvü, qazilər Şiraz Həsənov və Vüsal Həsənov iştirak ediblər.

Tədbirdə çıxış edən qazi Şiraz Həsənov döyüş xatirələrindən bəhs edib, iki dəfə yaralandığını bildirib: "Şuşanı düşməndən azad etdik. Beş gün ac-susuz döyüşdük. “Şuşa əməliyyatı” dünyanı lərzəyə gətirdi. Hamı bu əməliyyatdan danışır", - deyə o diqqətə çatdırıb.

Elyar İslamoğlu isə bildirib ki, ölkəmizdə dinindən, dilindən asılı olmayaraq hər kəs bərabər yaşayır: "Bu ölkənin şəhidləri əbədiyaşardır. Bundan sonra da fərqli dinlərə malik insanlar ölkəmizdə birlik, bərabərlik içərisində rahat yaşayacaqlar".

Zeynəb Səmədova, Nataliya Quliyeva da çıxışlarında Vətən sevgisindən və şəhidlik zirvəsinin ucalığından bəhs ediblər.

QMİ sədrinin müavini, İrəvan qazisi Bəxtiyar Nəcəfov da çıxışında haqq yolunda can fəda etməyin qürurverici hal olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim şəhid ailələrinin yanında olduğunu qeyd edib.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri