Icma.az
close
up
RU
Tolik bu aparıcılara görə qəzəbləndi Cəsarətin varsa, kim olduğunu de!

Tolik bu aparıcılara görə qəzəbləndi Cəsarətin varsa, kim olduğunu de!

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aparıcı Tarix Əliyevin (Tolik) verilişində bahalıqdan söz açmayan həmkarlarına irad tutması diqqət çəkib.

Sitat: “Niyə mən burada xalqın, dövlətin problemlərini işıqlandıra bilirəm, qiymət artımından danışa bilirəm, siz yox? Ətin kilosu 22 manatdır, qarğıdalı yağı da 7 manat olub. Şəkər tozu, qəndin qiymətlərindən danışın. Camaat qışda 200 manat qaz pulu, 100 manat da işıq pulu ödəyəcək. Niyə bunlardan danışmırsınız? Məni qoyurlar, sizi yox?! Sizinki odur ki, ancaq camaatın ərindən, arvadından, oynaşından danışasız. Mən də danışıram, amma bundan da danışın”.

Tolik konkret olaraq hansı həmkarlarını hədəf alıb?

Globalinfo.az bununla bağlı aparıcı ilə əlaqə yaradıb.

O bildirib ki, bir vətəndaş olaraq problemi dilə gətirmək hər kəsin borcudur:

“Aparıcı dedikdə özümü də nəzərdə tutaram. Bütün gün müğənnilərdən danışmaq əvəzinə, ölkədə baş verən sosial problemlərə də toxunmaq lazımdır. Verilişin şou xarakterli olmasının nə fərqi var?! Əgər bir iş yerində dörd ofisiant ölürsə və ya hansısa yerdə ciddi problem baş verirsə, biz bunu mütləq dilə gətirməliyik. Türkiyədə verilişlərə baxıram, istənilən formatda aparıcılar öz vətəndaşlıq mövqelərini nümayiş etdirirlər. Mən də dövlətimi sevirəm və verilişim siyasi məzmunda olmasa da, ölkənin uğurlarından, dövlət başçımızın səfərlərindən danışıram. Mənim iradım siyasi və sosial veriliş aparanlara deyil. Sözüm odur ki, şou aparıb davamlı kiminsə ərindən, sevgilisindən, ya da hansısa məşhurun bahalı ev almasından danışanlar nə etmək istəyir? Məsələn, 3 dekabr – Ümumdünya Əlillər Günü münasibətilə efirimə fiziki məhdudiyyətli şəxsləri yalnız mən dəvət etdim, digər şou proqramları isə yenə müğənnilərlə məşğul idilər. Bir əlili çağırmaq əvəzinə, yenə hansısa müğənninin milyonluq evindən danışırlarsa, günah bizdədir”.

Aparıcı qeyd edib ki, problemi olan insanlarla da maraqlanmaq lazımdır:

“Çünki bu gün vətəndaşlar müğənnilərin yalan danışmağından, həyatları ilə bağlı saxta hekayələrdən, kimlərinsə kimə nə hədiyyə almasından beziblər. Elə müğənni var ki, 100 minlik saat taxır, amma o, özünə hörmət edib imkan vermir ki, aparıcı onu efirdə nümayiş etdirsin. Lakin bir başqası 150 manatlıq saatla çıxıb “30 minə almışam” deyirsə, tamaşaçı haqlı olaraq düşünür ki, bunlar var-dövlət içində yaşayır və insanlara lağ edirlər. Mən də heç vaxt gedib bir sport geyiminə 500 manat pul vermərəm. Yəni insanlarda qıcıq yaradacaq hərəkətlər etməkdənsə, cəmiyyətin problemlərini işıqlandırmalıyıq. Heç kimə Tolikin və ya başqa məşhurların evi, geyimi haqda xəbər maraqlı deyil. Demirəm ki, dövlətə qarşı çıxın, sadəcə bir vətəndaş mövqeyi olsun”.

T.Əliyev vurğulayıb ki, bahalaşan məhsulda hər 2-3 qəpik kasıb üçün böyük məbləğdir:

“Məsələn, həmkarım Aytən Səfərova bir neçə gün əvvəl dedi ki, paket 2 qəpik bahalaşıb. Bəlkə imkanlı insanlar üçün 2 qəpik böyük pul deyil, amma kasıb üçün hər gün paketə pul vermək ciddi xərcdir. Mən maşınıma yanacağın litrini 2 manat baha alsam belə, çox təsir etmir, çünki işim, gəlirim var. Amma kasıb üçün yanacaq xərci böyük yükdür. Özümü nümunəvi insan kimi göstərmək istəmirəm, bu cəmiyyətin içində mənim də çox səhvlərim olub. Sadəcə demək istəyirəm ki, aparıcı cəsarətli olmalıdır. Əgər sən müğənniyə “sevgilin sənə 100 minlik maşını necə alıb?” deyə cəsarət edib sual verirsənsə, onda həmin sevgilinin kim olduğunu da açıq deməlisən. Cəsarət budur! Camaat bilməlidir ki, bu insanların arxasında kim dayanır. Kimsə deyirsə ki, evi 500 minə almışam, gərək araşdırılsın ki, bu pul hardandır, vergi ödəyirmi, hədiyyədirsə kim və hansı pulla alıb? Bəlkə o zaman başqalarına da dərs olar və camaata qıcıq yaradacaq davranışlardan çəkinərlər. İnsanları hər gün dava-dalaşla, qeybətlə bezdirməyə ehtiyac yoxdur. “Filankəsin əri maşın aldı, sevgilisi filan adamdır” kimi mövzuların hər dəqiqə efirə çıxarılması çox çirkin görünür”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri