Icma.az
close
up
RU
“Tomahawk“ raketləri hələ uçmayıb, amma Kreml artıq təlaşdadır“ “The Telegraph“

“Tomahawk“ raketləri hələ uçmayıb, amma Kreml artıq təlaşdadır“ “The Telegraph“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ-ın qərarı Rusiya üçün siyasi məğlubiyyətə çevrilə bilər..."

ABŞ prezidenti Donald Trampın Ukraynaya "Tomahawk" qanadlı raketlərinin ötürülməsi barədə qərarı dünya gündəminin əsas mövzusuna çevrilib. 

Moderator.az xəbər verir ki, bu barədə "The Tekegraph" nəşri yazıb.

Analitiklər və Qərb mətbuatı hesab edir ki, bu addım təkcə hərbi deyil, həm də siyasi cəhətdən Kreml üçün ciddi zərbə ola bilər.

Kreml informasiya kampaniyasını işə salıb

Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, Rusiya artıq "Tomahawk" məsələsini ABŞ-a qarşı psixoloji təzyiq alətinə çevirib. Moskva bu raketlərin mümkün tədarükünü "qırmızı xəttin keçilməsi" kimi təqdim edərək, Qərbi qorxutmağa çalışır.

Lakin institutun analitikləri xatırladır ki, Rusiya əvvəllər də - istər HIMARS sistemləri, istər F-16 qırıcıları, istərsə də "Abrams" tanklarının Ukraynaya göndərilməsi zamanı eyni ritorikadan istifadə edib. Amma bunlardan heç biri Moskvanın təhdid etdiyi kimi "eskalasiyaya" səbəb olmayıb. "Rusiya əslində bu cür bəyanatlarla Qərbin siyasi qərarlarına təsir göstərmək, öz maraqlarına uyğun seçim etməyə məcbur etmək istəyir", - ISW qeyd edir.

Trampın ehtiyatlı qərarı və "nəzarət" qorxusu

"Axios" nəşrinin məlumatına görə, Tramp artıq "Tomahawk"ların NATO ölkələrinə satışı barədə qərar qəbul edib, lakin Ukraynaya ötürülməsi məsələsində ehtiyatlı davranır. Ağ Ev administrasiyası bu raketlərin Ukrayna tərəfindən necə və harada istifadə olunacağına tam nəzarət edə bilməyəcəyindən narahatdır.

"Haraya göndəriləcəklər, onu bilməliyəm. Mən eskalasiya istəmirəm", - Tramp bildirib. Ukrayna tərəfi isə əmindir ki, bu raketlər Rusiyanın dərin arxa cəbhəsindəki strateji obyektləri məhv etməyə və Putini danışıqlar masasına gətirməyə kömək edəcək.

Kreml üçün yeni təlaş mərhələsi

Putin açıq şəkildə bəyan edib ki, "Tomahawk"ların Kiyevə verilməsi "keyfiyyətcə yeni eskalasiya mərhələsi" olacaq. O, iddia edir ki, Ukrayna bu raketləri ABŞ-ın birbaşa iştirakı olmadan istifadə edə bilməz və bu, Rusiya ilə ABŞ arasında açıq qarşıdurma yaradar.

Bununla belə, Qərb ekspertləri bu bəyanatları Moskvanın növbəti təzyiq cəhdi kimi qiymətləndirir. "The Telegraph" yazır ki, hətta "Tomahawk"lar bir neçə ay ərzində Ukraynaya çatmasa və istifadəyə buraxılmasa belə, onların təkcə mövcudluğu Kreml üçün psixoloji təzyiq amilidir.

"Tomahawk"ların hədəf radiusu və mümkün nəticələr

ISW hesab edir ki, 2 500 km məsafəli versiya ilə Ukrayna Rusiyanın ən azı 1 945 hərbi obyektini, 1 600 km versiyası ilə isə 1 655 hədəfi vura bilər. Bu, Ukraynaya Rusiyanın arxa cəbhəsindəki zərbə dron zavodlarını, o cümlədən Tatarıstandakı "Shahed" istehsal kompleksini və Saratovdakı "Engels-2" strateji aviasiya bazasını sıradan çıxarmaq imkanı verəcək.

Trampın "sınaq" strategiyası

Ukrayna Ali Radasının deputatı Yeqor Çernev yazır ki, "Tomahawk"ların göndərilməsi birdən-birə baş verməyəcək. İlk mərhələdə Ukraynaya yalnız bir neçə, yaxud bir neçə on raket veriləcək, lakin onlardan dərhal istifadə edilməsinə icazə verilməyəcək. "Tramp qəsdən qeyri-müəyyən danışır. O, bu yolla Putinə seçim imkanı verir: geri çəkilib danışıqlara getmək, ya da daha böyük təzyiqlə üzləşmək", - Çernev bildirib.

Deputatın fikrincə, bu mərhələli strategiya həm diplomatik alət, həm də real təzyiq vasitəsidir: "Əgər Kreml reaksiya verməsə, Ukrayna sərhədyanı ərazilərə məhdud sayda zərbələr endirə bilər. Əgər Putin yenə də danışıqlardan qaçsa, zərbə radiusu genişlənəcək. Yalnız bir müddət sonra bütün məhdudiyyətlər, bəlkə də Kreml istisna olmaqla aradan qalxacaq". Çernev əlavə edib ki, "Tomahawk" məsələsi bir neçə ay çəkə bilər, lakin bu artıq "real təzyiq və real arqumentdir".

Vaxt kimin tərəfindədir?

Kreml təbliğatla Qərbi qorxutmağa çalışsa da, Ukraynanın hərbi imkanları tədricən artır. Trampın mərhələli strategiyası həm siyasi balansı qoruyur, həm də Putini təzyiq altında saxlayır. Belə görünür ki, "Tomahawk"lar hələ havaya qalxmadan belə, Kreml üçün yeni narahatlıq mənbəyinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri