Icma.az
close
up
RU
“Ukraynanın “Tomahawk“ istəyi və “Patriot“ böhranı “The Telegraph“

“Ukraynanın “Tomahawk“ istəyi və “Patriot“ böhranı “The Telegraph“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ukrayna uzaqmənzilli raketlərə ümid edir, amma Rusiyanın hücumları hava müdafiəsini zəiflədir..."

BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan "Tomahawk" qanadlı raketlərinin verilməsini xahiş edib. 

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Zelenskinin Tomahawk istəyi

Nəşr yazır ki, bu silah müharibənin gedişatını dəyişə biləcək gücə sahibdir. ABŞ administrasiyası məsələni artıq rəsmi müzakirəyə çıxarıb. Vitse-prezident Cey Di Vens də təsdiqləyib ki, Kiyevin bu istəyi nəzərdən keçirilir. Əgər Tramp razılıq versə, NATO çərçivəsində Avropa hökumətləri maliyyələşdirməni öz üzərinə götürə bilər.

Vaşinqtonun Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq isə daha irəli gedərək bildirib: "Kiyev dərin zərbələr endirmək imkanını istifadə etməlidir. Heç bir ərazi toxunulmaz deyil".

"Tomahawk"ın texniki imkanları

"Tomahawk" gəmilərdən, sualtı qayıqlardan, təyyarələrdən və ya quru platformalardan buraxıla bilən subsonik qanadlı raketdir. Modeldən asılı olaraq 2 500 km-ə qədər məsafəni qət edir, radarları dolaşaraq uçur və 450 kq-lıq döyüş başlığı daşıyır. Bu, komanda məntəqələri, sursat anbarları və hərbi istehsal müəssisələri kimi hədəfləri məhv etməyə imkan verir.

Lakin analitiklər xəbərdarlıq edir: təkcə "Tomahawk" təchizatı strateji balansı dəyişməyə bilər. "Chatham House" eksperti Kir Cayls qeyd edir ki, Putinin hesablamalarını dəyişə biləcək yeganə amil Rusiyanın daxildə siyasi sabitliyini sarsıdacaq dərəcədə dağıdıcı zərbələrdir.

"Patriot"ların zəifləyən gücü

Digər tərəfdən, "Financial Times" xəbər verir ki, Rusiya son aylarda öz raketlərini modernləşdirərək Ukraynanın "Patriot" sistemlərini daha çox çaşdırmağa başlayıb. Xüsusilə "İsgəndər-M" və "Kinjal" tipli raketlər trayektoriyalarını dəyişərək kəskin bucaqlarla dalış edir və beləliklə, ABŞ istehsalı "Patriot"ların ələ keçirmə imkanlarını azaldır.

Məsələn, iyulun 9-da Rusiyanın atdığı 13 ballistik raketdən yalnız 7-si vurula bilib. Avqustda Ukraynanın raketlərin ələ keçirmə səviyyəsi 37 faizə yüksəlsə də, sentyabrda cəmi 6 faizə düşüb. Nəticədə, Kiyev və ətrafında ən azı dörd pilotsuz aparat zavodu ciddi ziyan görüb, hətta Avropa İttifaqı nümayəndəliyinin ofisi də raket zərbələrindən zədələnib.

İki meylin toqquşması

Beləliklə, Ukraynanın hava hücumundan müdafiə sistemləri zəiflədikcə, uzaqmənzilli hücum qabiliyyətlərinin artırılması daha da həyati xarakter alır. Zelenskinin "Tomahawk" istəyi yalnız taktiki üstünlük deyil, həm də strateji tarazlığı qorumaq üçün çıxış yolu kimi görünür.

Lakin burada iki böyük maneə qalır: ABŞ-ın məhdud istehsal imkanları və Tramp administrasiyasının siyasi iradəsi. Əgər Qərb zamanında reaksiya verməsə, Moskvanın raket manevrləri qarşısında "Patriot"ların acizliyi Ukraynanın müdafiəsini daha da çətinləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri