Icma.az
close
up
RU
Tommazo Di Covanni: İstehlakçılar tüstüsüz məhsullar haqqında tam məlumat almalıdırlar

Tommazo Di Covanni: İstehlakçılar tüstüsüz məhsullar haqqında tam məlumat almalıdırlar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Astanada "Philip Morris International" (PMI) şirkəti tərəfindən təşkil edilən və tütün çəkməyin tüstüsüz alternativlərinə həsr olunmuş beynəlxalq "Technovation" konfransı keçirilib. Konfransın təşkilatçıları əmindirlər ki, siqaret çəkənlərə elmi cəhətdən əsaslandırılmış və sağlamlıq üçün daha az təhlükəli alternativlər təklif etməklə bəşəriyyət tamamilə tüstüsüz gələcəyə nail ola bilər. PMI-nin kommunikasiya və qarşılıqlı əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Covanni ilə siqaret çəkənlərin ya ümumiyyətlə siqareti tərgitməsi, ya da nikotin qəbul etməyə davam edirlərsə, daha az təhlükəli alternativlərə keçməsi üçün nə edilməli olduğu barədə müzakirə apardıq.

- Cənab Tommazo, şirkətiniz "tüstüsüz gələcəyə" transformasiya ideyasını fəal şəkildə təşviq edir. Azərbaycanda vəziyyət necədir? Növbəti 10 ildə azərbaycan istehlakçının məlumatlandırılmasında və tüstüsüz məhsullara olan etimadın artırılmasında öz rolunuzu necə görürsünüz?

- Azərbaycan bizim üçün xüsusilə vacibdir. Çünki əslində Azərbaycan ABŞ-dən başqa gəlirlərimizin 100 %-nin tüstüsüz məhsullardan əldə edildiyi ilk ölkədir. Bizim üçün növbəti addım siqareti tərgitməyən bütün istehlakçıların tüstüsüz alternativlərə keçdiyinə əmin olmaqdır.

Ona görə də burada əsas məsələ məhsulu anlamaq və dərk etməkdir. Bu, tüstüsüz alternativlər haqqında istehlakçı biliklərini yaratmaq üçün ümumi bir vəzifədir ki, bu məlumatları əldə edən siqaret çəkənlər siqareti tərgidə bilsinlər.

- Sizcə qanunvericilik tütün sənayesində inqilabi innovasiyaları təşviq etməklə yanaşı, əhalinin sağlamlığının qorunmasına hansı şəkildə diqqət yetirməlidir?

- Hər şeydən əvvəl demək lazımdır ki, bu gün müxtəlif ölkələrdə tütün tərkibli məhsulların istehsalını tənzimləyən qanunvericilik illər əvvəl, müasir alternativ məhsullar mövcud olmadığı zaman hazırlanıb. Buna görə də köhnəlmiş qanunvericiliyin yenilənməsi bir nömrəli çağırışdır.

Lakin ölkələr artıq öz qanunvericiliklərinə müxtəlif normalar daxil edirlər - məsələn, məhsul bazara çıxmazdan əvvəl müraciətin ilkin nəzərdən keçirilməsi, həmçinin məhsul istehlakçıya təklif edildikdən sonra müvafiq orqanların nəzarəti.

İstehlakçılar tüstüsüz məhsulların həm üstünlükləri, həm də riskləri barədə tam məlumat almalıdırlar.

Müxtəlif ölkələrdə bir neçə fərqli həll var. Məsələn, bəzilərində qanun qutu üzərində və satış nöqtəsində məlumat verməyə imkan verir. Lakin Böyük Britaniya və Yeni Zelandiya kimi ölkələr də var ki, hökumət özü nikotin tərkibli məhsulların üstünlükləri və riskləri haqqında məlumat yayır və siqareti tərgidə bilməyənlər arasında bu məhsullara keçidi təşviq edir. Həmçinin ABŞ-də məlumatlar sosial şəbəkələr vasitəsilə yayıla bilər.

İkinci maddə - nikotin tərkibli alternativlərin əlçatanlığıdır ki, şirkətlər onların istehsalına investisiya yatırsın, vergi sahəsi isə bu məhsulları istehlakçı üçün münasib qiymətə satmağa imkan versin, bununla da onların daha yaxşı alternativ olduğunu göstərsin.

Üçüncü maddə - məhsulların satış nöqtələrində əlçatanlığı, siqaret çəkənin onu görə və ala biləcəyi yerlərdə olmasıdır.

Sonuncu - bu məhsulların yetkinlik yaşına çatmamış şəxslərin və ya siqaret çəkməyən şəxslərin əlinə düşməsinin qarşısını almaq üçün qanunverici tədbirlərdir.

Yeni Zelandiya bunun üçün ən yaxşı nümunələrindən biridir. Onların 2030-cu ilə qədər dövlətin tüstüsüz olması üçün planı var.

- Bu gün sizin məhsulunuz dünyada tüstüsüz brendlər arasında liderdir. Bu uğurun arxasında nə dayanır?

- IQOS doğrudan da aparıcı brenddir. Bizim qızdırılan tütün öz kateqoriyasında bazarının 70%-ni tutur. O artıq brend dəyərinə görə "Marlboro"nu keçib və 10 il ərzində "Tesla" və digər şirkətlər kimi müqayisə edilə bilən gəlirlilik səviyyəsinə çatıb.

Uğuru təmin edən iki faktor - siqaret çəkənlər üçün şəraitin yaxşılaşdırılması vədi, həm cihaz, həm də onunla birlikdə istifadə olunan tütün məmulatları üçün keyfiyyətə və innovativ həllərə davamlı investisiyalardır.

IQOS öz kateqoriyasında ilk məhsuldur və buna görə də onun qabaqcıl olmaq üstünlüyünə malikdir - biz ilk olaraq nəyin işlədiyini, nəyin işləmədiyini gördük və çatışmazlıqlara sürətlə reaksiya verdik. Buna görə də bu gün biz bu seqmentdə lider mövqeyimizi qoruyuruq.

- Bugünkü istehlakçı istehsalçıdan sürətli innovasiyalar gözləyir. Avtomobil və telefon istehsalçıları tələbi qarşılamaqda çətinlik çəkirlər, məhsulların dizaynını və funksionallığını daim yeniləyirlər. Tüstüsüz məhsullardan gözləntilər nələrdir? Bu gözləntiləri nə dərəcədə qarşılayırsınız?

- Biz ilk növbədə, öz istehlakçımızı yaxşı tanıyır və onun bizdən nə istədiyini bilirik. Əsas istədikləri şey sağlamlıqları üçün riskləri azaltmaqdır.

İkincisi, Yaponiyada öyrəndiyimiz bir nüansdır - insanlar üçün məhsulun istifadəsinin gigiyenik aspektləri, qoxu və külün olmaması çox önəmlidir. Yapon mədəniyyəti ətrafınıza narahatlıq yaratmamanızı tələb edir. Və bizim IQOS məhsulumuz bu mədəniyyətlə mükəmməl şəkildə uyğunlaşır.

Üçüncüsü, elektronikanın, materialın, quraşdırma keyfiyyəti və əlbəttə ki, mükəmməl dizayn istehlakçılarda rəğbət oyadır. Buna görə də onu sevirlər.

- Siz şirkətinizin tüstüsüz siqaret çəkməyə keçid üçün özünü, istehsalını və istehlakçıları necə dəyişdirdiyinizdən danışdınız. Bu transformasiyada dövlətin və vətəndaş cəmiyyətinin rolunu necə görürsünüz?

- Onlar bir çox şey edə bilərlər. Ən əsası, anlaşılan dildə davamlı məlumatlandırmanı təmin edə bilərlər - insanın edə biləcəyi ən yaxşı şey siqareti tərgitməkdir. Əgər bunu etmirsə, daha təhlükəsiz alternativə keçmək daha yaxşıdır. Bu, birmənalı olmalı və mediadan, vətəndaş cəmiyyətindən və digər ictimai məlumatlandırma kanallarından gəlməlidir.

İkincisi, bizim kimi şirkətlərin siqaret çəkməyə davam edənlərə daha yaxşı seçim olan innovativ məhsulların istehsalına və təşviqinə daim investisiya yatırılması üçün şəraitin yaradılmasıdır.

- Azərbaycan istehlakçısına tütünün qızdırılma texnologiyasını təqdim etməyinizdən bir ildən çox vaxt keçib. Azərbaycanda tüstüsüz biznesin perspektivini necə görürsünüz? İnsanlar daha az zərərli alternativə nə dərəcədə həvəslə keçirlər?

- Azərbaycanda IQOS-un nisbətən yeni tarixi var. Biz görürük ki, onun qəbul edilmə səviyyəsi çox yüksəkdir. Gözləyirik ki, hökumət strukturları, akademik təşkilatlar və media tüstüsüz məhsullara keçidin üstünlükləri haqqında daha çox danışacaqlar. Bununla da siqaret çəkənlərə, əgər onlar bunu tərgitmirsə, daha yaxşı alternativlərə keçməyə kömək edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri