“Toni Bler münaqişədən sonra Qəzza administrasiyasına rəhbərlik etmək istəyir” − KİV
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bler İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının beynəlxalq keçid idarəedici orqanına rəhbərlik etməyə ümid edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.
Bildirilib ki, belə strukturun yaradılması ABŞ-nin yardımı ilə “Toni Bler İnstitutu” (TBI) analitik mərkəzinin hazırladığı sülh planında nəzərdə tutulub. Bu idarəetmə orqanının “ali siyasi və qanuni hakimiyyət” kimi fəaliyyətə başlaması üçün BMT-nin beş illik mandatının tələb olunacağı gözlənilir. Məqalədə deyilir ki, təsdiq olunarsa, Bler 25 nəfərlik katibliyə arxalana və Fələstin anklavının idarəçiliyinə nəzarət edəcək yeddi üzvdən ibarət şuraya sədrlik edə biləcək.
“O, vaxtını qurban verməyə hazırdır. O, həqiqətən bu müharibəni bitirmək istəyir”, - mənbə jurnala deyib.
“The Daily Telegraph” öz mənbələrinə istinadən əlavə edir ki, 72 yaşlı Blerin namizədliyini ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiven Uitkoff dəstəkləyir.
Bu mövzuda digər xəbərlər:Toni Bleyer münaqişədən sonra Qəzza administrasiyasına rəhbərlik etmək istəyir
26 Sentyabr 2025 07:06
KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb
09 Dekabr 2025 03:17
Toni Bler Trampın Sülh Şurası ndan kənarlaşdırıldı
10 Dekabr 2025 05:30
Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb
09 Dekabr 2025 08:44
Toni Bleir Qəzzaya rəhbərlik edə bilər
26 Sentyabr 2025 08:09
Baxış sayı:88
Bu xəbər 26 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















