Toni Kroos sabiq klubunu tənqid etdi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Toni Kroos sabiq klubu “Bavariya”nın son illərdə həyata keçirdiyi bəzi qərarları tənqid edib.
İdman.Biz xəbər verir ki, 36 yaşlı sabiq yarımmüdafiəçi Münhen klubunun heyət quruculuğunda və transfer siyasətində müəyyən addımlarını başa düşmədiyini bildirib.
Kroos “Bavariya”nın bəzi mövqelərdə kifayət qədər keyfiyyətli seçimlərə malik olmadığı halda, transfer bazarında fərqli prioritetlər müəyyənləşdirməsini qəribə hesab etdiyini deyib.
Sabiq futbolçu Münhen klubunun maliyyə imkanlarının buna imkan verdiyini və əsas heyətlə ehtiyat qüvvə arasında keyfiyyət fərqinin çox böyük olmamalı olduğunu vurğulayıb.
Kroos karyerasına “Bavariya”da başlayıb və 2007-ci ildə əsas komandada debüt edib. O, Münhen təmsilçisinin heyətində üç dəfə Almaniya çempionu olub, UEFA Çempionlar Liqasını və Almaniya Kubokunu qazanıb.
Almaniyalı futbolçu 2014-cü ildə “Real Madrid”ə transfer olunub və karyerasının ən uğurlu dövrünü İspaniya klubunda keçirib.
Baxış sayı:131
Bu xəbər 02 Sentyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















