Toni Kroos Almaniya millisini sərt tənqid etdi
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real Madrid" futbol klubunun sabiq yarımmüdafiəçisi, Almaniya millisinin heyətində dünya çempionu Toni Kroos "Bundestim"in DÇ-2026-nı erkən tərk etməsindən sonra hazırkı yığmanın oyunçularının səviyyəsini sərt tənqid edib.
Moderator.az bu barədə "Sport1" telekanalına istinadən xəbər verir.
"Hazırda bizim heyətdə dünyasəviyyəli oyunçu yoxdur. Dünyasəviyyəli ulduz olmaq potensialı daşıyan futbolçularımız var, lakin bu, onların həmin səviyyədə olması demək deyil.
Məhz dünyasəviyyəli oyunçular hazırda dünya çempionatındakı matçların taleyini həll edirlər. Bombardirlər siyahısında da məhz onlar yer alıblar. Bizdən isə həmin siyahıda heç kim yoxdur. Dürüst olmaq lazımdır", - deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 30-na keçən gecə Yulian Naqelsmanın rəhbərlik etdiyi Almaniya millisi dünya çempionatının 1/16 finalında sensasiyalı şəkildə Paraqvaya məğlub olub (1:1, penaltilərlə 3:4).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 İyul 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















