Icma.az
close
up
RU
Tonlarla ağırlığı olan daşları Stounhencə kim gətirib? Yeni kəşf

Tonlarla ağırlığı olan daşları Stounhencə kim gətirib? Yeni kəşf

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni tədqiqat göstərir ki, Stounhencin meqalitləri hazırkı Cənubi İngiltərədəki yerinə buzlaq vasitəsilə deyil, insanlar tərəfindən gətirilib. 

"Ölkə.az" xəbər verir ki, uzun müddət bu 5000 illik abidənin müqəddəs daşlarının hazırkı Uels və hətta Şotlandiya ərazilərindən gəldiyi hesab olunurdu, lakin daşların Salisburi düzənliyinə necə gətirildiyi hələ də mübahisə mövzusudur.

Mikroskopik mineral dənəciklərinin təhlili göstərib ki, buzlaqlar Son Buz Dövründə (2,6 milyon – 11 700 il əvvəl) bu regiona çatmayıb, beləliklə "buzlaq daş daşınması” nəzəriyyəsi rədd olunur. Bu nəzəriyyəyə görə, Stounhencin mavi daşları və 6,6 tonluq Qurban Daşı buzlaqlar vasitəsilə Salisburi düzənliyinə gətirilmişdi. Tədqiqat "Communications Earth and Environment" jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri, Avstraliyanın Kurtin Universitetindən geoloq tədqiqatçı Entoni Klark və eyni universitetin professoru Kristofer Kirkland bildiriblər:

"Əvvəlki araşdırmalar buzlaq daş daşınması nəzəriyyəsini şübhə altına almışdı, amma bizim tədqiqat daha da irəli gedərək daşların əsl mənşəyini müəyyən etmək üçün qabaqcıl mineral identifikasiyası metodlarından istifadə edir".

Stounhencin mavi daşları – adətən yaş olduqda və ya yarıldığı zaman mavi çalarlara malik olan daşlar – qərbi Uelsdəki Preseli təpələrindən gətirilib. Bu o deməkdir ki, insanlar onları təxminən 225 km məsafədən abidənin yerinə daşımış ola bilərlər.

Maraqlıdır ki, abidənin orta dairəsindəki Qurban Daşı Şimali İngiltərə və ya Şotlandiyadan gətirilib – bu isə Salisburi düzənliyindən ən azı 500 km uzaqlıqdır və onun daşınması üçün bəlkə də qayıqlardan istifadə olunub.

Buzlaq daş daşınması nəzəriyyəsi insanların daşları digər Britaniya bölgələrindən abidənin tikintisi üçün gətirdiyi fikrin əksidir. Lakin Stounhenc daşları buzlaq hərəkətindən heç bir iz daşımır, buna görə də arxeoloqlar bu nəzəriyyəyə qarşı çıxır.

Tədqiqat üçün alimlər, daşların mənşəyini müəyyən etmək üçün, Salisburi düzənliyinin ətrafındakı çaylardan tapılmış qədim mineral parçalarını – sirkon və apatit dənələrini – radioaktiv dağılma sürətinə əsaslanaraq tarixləndiriblər. Fərqli qayalar fərqli yaşa malik olduğundan, daşlar buzlaqlar vasitəsilə gətirilsəydi, onların ən kiçik izləri bölgədə qalmalı idi.

700-dən çox sirkon və apatit dənəsi analiz edilib, lakin qərbi Uels və Şotlandiyadakı qayalarla əhəmiyyətli uyğunluq tapılmayıb. Əksinə, sirkon dənələrinin əksəriyyəti 1,7–1,1 milyard il əvvələ aid olub və bu, Cənubi İngiltərənin əksər hissəsinin sıx qumlarla örtüldüyü dövrə uyğundur. Apatit dənələrinin yaşı isə təxminən 60 milyon il əvvələ aiddir – o zaman Cənubi İngiltərə dayaz subtropik dənizlə örtülü olub. Bu, Stounhenc ətrafındakı çaylardakı mineralların bu regiondan qaldığını və digər yerlərdən gətirilmədiyini göstərir.

Tədqiqat nəticələri göstərir ki, buzlaqlar Son Buz Dövründə Salisburi düzənliyinə qədər uzanmayıb və Stounhenc meqalitlərinin buzlaqlar tərəfindən daşınması mümkün olmayıb. Alimlər yazırlar:

"Bu, bizə abidənin ən ekzotik daşlarının oraya təsadüfən deyil, məqsədyönlü şəkildə seçilərək daşındığını göstərən əlavə sübut verir".(qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri