Icma.az
close
up
RU
“Tonlarla kabab zibilə atılır” KONKRET

“Tonlarla kabab zibilə atılır” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir”.

KONKRET.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkilinin sözlərinə görə, şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır:

“Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir.

Digər ciddi məsələ isə toylarımızda musiqinin səsidir. Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir, bu isə qulaq tutulmasına, başağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir. Musiqi səsi sevinc yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır”.

R.Nurullayev qeyd edib ki, dünyanın bir çox ölkəsində – məsələn, Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var:

“Musiqinin səs gücü adətən 85–90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtüklə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar.
Bizim toy mədəniyyətimiz gözəldir, amma onu daha sağlam, daha səmərəli və daha mədəni etmək bizim borcumuzdur. İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır”.

Spiker Sahibə Qafarova isə söyləyib ki, insanları toy mədəniyyəti ilə bağlı maarifləndirmək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see430

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see276

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see269

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see265

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see262

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see249

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see248

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see244

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see241

Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? İQTİSADÇI DANIŞDI

21 Sentyabr 2026 13:01see238

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see238

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see235

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see230

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see225

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see225

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see223

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see223

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see218

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see213

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri