Icma.az
close
up
RU
Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir

Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib. Ərdoğan qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür: "Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq". Türkiyə lideri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir. Ərdoğan əlavə edib ki, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək: “Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq”. Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında razılaşma olmasına dair iddialar yayılıb. "Hraparak" yazıb ki, ABŞ-nin planı anti-Rusiya xətti tutan Ermənistan hakimiyyətinin maraqlarına uyğundur.


Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki, son günlərdə bu məsələ müzakirə predmetidir. Ekspert vurğulayıb ki, həm Azərbaycan, həm Türkiyə tərəfi öz mövqelərini qoyub:


 "Digər ölkələrlə bu yanaşmalar müzakirə olunub. Bir neçə gün bundan öncə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində də çox güman ki, Zəngəzur dəhlizi müzakirə mövzusu olub. Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması kontekstində bu məsələnin müzakirəsi mümkün və təbiidir. Onsuz da bir çox ölkələr Zəngəzur dəhlizinin açılmasını dəstəkləyiblər. İranın mövqeyində müəyyən dəyişikliklər var. İran rəsmiləri artıq əvvəlki kimi dəhlizlə bağlı qıcıqlandırıcı bəyanatlar vermirlər. Bu da ondan xəbər verir ki, Tehran hökuməti də müəyyən reallıqları qəbul etməyə başlayıb. Əlbəttə, qeyri-regional iştirakçılar da bu layihənin reallaşmasında maraqlı görünürlər. İsmarıc da onlaradır. Hazırda top Ermənistandadır. İrəvan nəhayət öz qərarını verməli, layihəyə qoşulmalıdır".


Siyasi şərhçi əlavə edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, regional layihələrin parçasına çevriləcək:

 "Bununla İrəvan digər layihələrdə də iştirak şansı əldə edəcək. Ancaq İrəvan inadkar mövqeyini sürdürərsə, dalanda qalmağa davam edəcək. Son vaxtlar erməni mətbuatı iddia edir ki, guya Zəngəzur dəhlizinin təhlükəsizliyini ABŞ-nin hansısa beynəlxalq şirkəti həyata keçirəcək. Guya bu şirkət yükləri yoxlayacaq və insanların təhlükəsiz keçidini təmin edəcək və s. Ermənistan hökumətinin bu təklifi götür-qoy etdiyi də deyilir. Amma Azərbaycan tərəfinin bununla bağlı rəsmi açıqlaması, hansısa reaksiyası yoxdur. Bu da onu göstərir ki, sözügedən təklif real deyil. Gündəmdə olan Azərbaycanın irəli sürdüyü şərtlərdir ki, Türkiyə də qeyd-şərtsiz bunu dəstəkləyir. İrəvan Bakının dediklərinə əməl etsə, Zəngəzur dəhlizi açılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri