Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

İrəvan Ağ Evlə razılaşmadan geri çəkilir

İrəvan Ağ Evlə razılaşmadan geri çəkilir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi vasitəsilə çəkiləcək qaz boru kəmərinin marşrutunu dəyişməyi təklif edib.

Mirzoyan hesab edir ki, “Tramp marşrutu”ndan keçəcək dəmir yolu xətti boyunca boru kəmərlərinin necə çəkiləcəyini təsəvvür etmək çətindir. Onun sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasındakı ərazi çox dardır və burada yer məhduddur. Mirzoyan qeyd edib ki, cənub hissəsindən dəmir yolu və elektrik xətləri, sovet dövründə olduğu kimi, keçə bilər. Qaz və neft kəmərlərinin isə Ermənistan ərazisinin digər hissələrindən çəkilməsi mümkündür. 

Nazir alternativ variant kimi iki marşrutu mümkün hesab edib. Bunlardan biri Tavuş vilayəti, digəri isə Geqarkunik vilayətidir. Mirzoyanın bu açıqlaması TRIPP layihəsindən daha çox Paşinyanın təqdim etdiyi “Sülh kəsişməsi” ideyasına uyğun hesab edilir. Qeyd edək ki, SSRİ dövründə Azərbaycanla Ermənistan arasında təbii qaz nəql edən iki boru xətti  olub.

Onlardan biri Azərbaycan “mavi yanacağı”nın Qazax-İcevan-Dilican-Razdan-İrəvan xətti ilə ötürülməsini təmin edib. Bu magistral kəmərin maksimal ötürücülük qabiliyyəti 4,7 milyard kumetr təşkil edib. Lakin Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qrupları borunu partladıb. İkinci mavi enerji xətti isə 1990-cı ildə Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən Gorus-Xankəndi marşrutu ilə çəkilmiş və Qarabağda erməni separatçılarını yanacaqla təmin etmiş qaz boru xəttidir. 

Ararat Mirzoyan isə üçüncü təklif irəli sürür və kəmərin Ermənistanın Geqakunik vilayətindən keçməsini təklif edir. Lakin Basarkeçər istiqamətində təbii qazın nəqli Kəlbəcər və Laçın rayonundakı yüksək dağlıq ərazilərdən keçməklə mümkün ola bilər. Bu zaman yeni kompressor stansiyalarının inşası lazım olacaq. Boru xəttinin və ötürücü stansiyaların hansı şirkət tərəfindən inşa ediləcəyi isə məlum deyil. 

Hazırda ən real variant Qazax-İcevan-Dilican-Razdan marşrutu hesab edilir. Buna baxmayaraq, Laçın-Gorus istiqamətindən də keçməklə təbii qazın nəqli mümkündür. Bütün hallarda isə enereji xətlərinin çəkilməsi üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ehtiyac var. De-yure sülhün mövcud olmaması istənilən istiqamətdən çəkiləcək enerji kəmərlərinə ciddi təhlükə yaradır. 

Ona görə də Ermənistan təbii qaz idxalını diversifikasiya etmək, eləcə də tranzit ölkəyə çevrilmək üçün Azərbaycanla sülh prosesini sürətləndirməlidir. Azərbaycan qazının Ermənistana təhciz olunması və həmin istiqamətdə üçüncü ölkələrə nəqli üçün bir sıra digər məsələlərə də aydınlıq gətirilməlidir. 
Çünki Ermənistanla ABŞ arasında 2025-ci ilin dekabr ayında imzalanmış “TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə sənədi”ndə “Tramp marşrutu”ndan keçəcək kommunikasiya vasitələrinin adları çəkilir.

Layihənin icrası ilə məşğul olacaq “TRIPP Development Company” şirkəti dəmir yolu, avtomobil yolu, elektrik xətləri, hiberoptik kabellər, qaz kəmərləri və s. çəkilməsi və idarə olunmasını təmin etməlidir. İndi isə Ermənistan tərəfi qaz kəmərinin ABŞ ilə razılaşdırılmış istiqamətdə deyil, başqa marşrut üzrə həyata keçirilməsini təklif edir. Bununla bağlı adıçəkilən çərçivə sənədinə dəyişiklik edilib-edilməyəcəyi dəqiqləşdirilməlidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İrəvan qaz boru kəməri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri