Toparlana və evdə Ukrayna ilə ən azı heç heçə edə bilərik Elşad Əhmədov
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirən Azərbaycan millisi 0:5 hesablı məğlubiyyətlə üzləşdi. Millinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb bu gün Bakıda Ukrayna seçməsini qəbul edəcək təmsilçimizin cari tsikldəki ikinci görüşündən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ukrayna xüsusi təqdimata ehtiyacı olmayan komandadır. Rəqibin heyətində dünyanın sayılıb-seçilən çempionatlarında çıxış edən, çox səviyyəli futbolçular cəmləşib. Seçmə mərhələnin ilk oyununda Fransaya 0:2 hesabı ilə uduzublar. Rəqib Bakıya qələbə dalınca gəlib.
Artıq bildiyinuz kimi, yığmamızda Fernandu Santuş dönəmi başa çatıb. Komandamızı meydana Ayxan Abbasovun çıxaracağı dəqiqləşib. Düzdür, İslandiyadakı ağır məğlubiyyət futbolçularımıza psixoloji zərbə vurub. Amma toparlana və evdə Ukrayna ilə ən azı heç-heçə edə bilərik. Ayxan Abbasova və milli komandamıza uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















