Kopenhagen lə oyunda meydanın ən yaxşısı o idi Elşad Əhmədov
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i qəbul edən "Qarabağ" Danimarka təmsilçisi üzərində inamlı qələbə qazanıb. Turnirin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə üstələmiş Ağdam komandası ikinci qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb tarixi oyun barədə fikirlərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" birinci hissədə çox gözəl oynadı. Rəqibi meydanın özünə aid hissəsinə "otuzduraraq" məzmunlu hücumlar qururdu. Fasiləyə qədər bir neçə qol imkanı yaxaladıq ki, bunlardan da yalnız birində rəqib qapısına yol tapdıq. Komandamızın cinahları çox fəal idi. Topu özümüzdə saxlayır, meydanda dominantlıq edirdik. Oyunun ən yaxşısı Elvin Cəfərquliyev oldu. Əlbəttə, Elvin də çox yaxşı mübarizə aparmışdı. Amma mənim fikrimcə, Mteus Silva daha parlaq performansla yadda qaldı. "Kopenhagen"lə oyunda meydanın ən yaxşısı o idi. Həm hücumda, həm də müdafiədə əla təsir bağışladı...
Zədə səbəbindən oynamayan Marko Yankoviçin yoxluğunda digərləri sağ olsunlar, çox əziyyət çəkdilər və qələbəni həqiqətən böyük əzmkarlıqla qazandılar. "8 nömrə" mövqeyində mübarizə aparan Kadinin də oyununu qeyd etməliyəm. Hər iki hissədə xoş təsir bağışladı. Ümumi baxsaq, söylədiyim kimi, birinci hissədə qonaqlara göz açmağa imkan vermədik. Epizodlardan faydalansaydıq, yəqin ki, fasiləyə 3 top fərqi ilə öndə yollanardıq. İkinci yarıda rəqib daha riskli oynamağa, irəlidə pressinq etməyə başladı və bunun nəticəsində üstünlüyü ələ keçirdi. Hərçənd "Qarabağ" da məzmunlu əks-hücumlar qurur, yalnız müdafiə olunmaqla kifayətlənmirdi. Emmanuel Addai fərdi ustalığı hesabına ikinci qolu vurandan sonra "Kopenhagen"in evə xalsı qayıdacağı dəqiqləşdi. "Qarabağ"a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Ümid edirəm ki, uğurun ardını gətirib bizi sevindirməyə davam edəcəklər".
Qeyd edək ki, "Qarabağ" ÇL-in 3-cü turunda İspaniyada "Atletik" ilə qarşılaşacaq.
Nihat


