Icma.az
close
up
RU
Toparlanan “Neftçi”, yüksələn “Zirə” və gərginləşən APL…

Toparlanan “Neftçi”, yüksələn “Zirə” və gərginləşən APL…

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında XXIV tur geridə qaldı.

Bir daha mövsümün sonuna doğru çempionatın daha da gərginləşdiyinin şahidi olduq.

Mövsümün başlanğıcında aşkar autsayder kimi görünənlər artıq ilk pillələrdə yer alan komandalardan xal və ya xallar qopara bilir. Bu mənada autsayderlər siyahısının ilk başlarında yer alan “Kəpəz” və “Səbail”ə baxıb, belə qənaətə gəlmək olur. Həmçinin artıq sözügedənlərin Premyer Liqanı tərk edəcək əsas komandalar olaraq görünməsi hazırki duruma görə ağılabatan deyil. Çünki ortabablardan sayılan “Şamaxı” və “Sumqayıt”ın sonuncu pillədəkilərlə arasında elə də fərq yoxdur. Aktivində 22 xalı olan və 7-ci sırada qərarlaşan “Sumqayıt”ı, 10-cu pillədə yer alan “Səbail”dən cəmi 4 xal ayırır. “Kimyaçılar”ın 8 oyundur ki, qələbə qazanmaq bir yana, qol vura bilmədiyini belə nəzərə alsaq, elitanı tərk etmək təhlükəsiylə üz-üzə olan ən real namizəd kimi görmək olar.

Ortabablar siyahısında isə indi sadəcə iki klub yer alır – “Sabah” və “Neftçi”. “Bayquşlar” elə mövsümün əvvəlindən ortalıqda dolaşdığına görə indiki yeri tərifə layiq deyil. Çünki komandanın yeni baş məşqçisi Vasili Berezutskinin rəhbərliyi altındakı “Sabah”ın hədəfləri daha yüksək və də avrokuboklara vəsiqə qazanmaq idi. Gedişata baxılırsa, ən yaxın rəqibi “Turan Tovuz”la aradakı 9 xal fərqini əritmək mümkünsüz olmasa belə çətindir.

Digər ortabab komanda “Neftçi”də izə yeni mövsümdən bu yana bəlkə də ən yaxşı periodlarını keçirirlər. “Ağ-qaralar”ın düşərgəsində ruh yüksəkliyinin olduğu kimi turnir cədvəlində də müəyyən irəliləyiş hiss olunur. Hansı ki, bir müddət əvvəl “Sumqayıt” və “Şamaxı”dan geridə olan komanda artıq ən yaxın izləyicisindən 5 xal öndədir. Ən azından hazırki yüksəliş “Neftçi”nin daha da irəli gedə biləcək potensialda olduğunu göstərir.

Çempionatın favoritlərinə gəlincə, əvvəllər “Qarabağ” müqayisə zamanı istisna sayılan klublardan idisə indi yavaş-yavaş “Zirə”nin bu mərhələyə doğru addımladığını görürük. “Qartallar” uzun müddətdən sonra “Araz-Naxçıvan”ı üstələyib 2-ci pillədə qərarlaşa bildi. Klub rəhbərliyinin düzgün siyasəti və baş məşqçi Rəşad Sadıqovun önəmli seçimləri komandanın bu mövsüm də avrokuboklarda iştirak edəcəyinə böyük ümid verir.

“Araz-Naxçıvan”dan danışmışkən, komandanın hücum xəttində problem var. Qış fasiləsi zamanı baş məşqçi Elmar Baxşıyev hücum xəttini gücləndirmək istədiyini bildirsə də bunu görmədik. Heyətin kasadlığı, xüsusən isə hücumdakı məhsuldarlığın aşağı düşməsi Naxçıvan təmsilçisinin xallar itirməsinə aəbəb oldu. Əgər qısa zamanda toparlana bilməsələr, işlərin daha da çətinləşəcəyi qaçılmazdır.

“Turan Tovuz” yarı büdrəyə, yarı qalxaraq irəliləməkdədir. Özündən öndə qərarlaşan 3 komandadan fərqli olaraq tovuzluların ölkə kubokunda mübarizə aparmaması onların çempionata daha da köklənə bilməsinə şərait yaradır. Qarşıda 12 tur var. Kurban Berdıyevin yetirmələrini “Araz-Naxçıvan”dan cəmi 3 xal ayırır. Naxçıvan təmsilçisinin büdrəcəyi təqdirdə “Turan Tovuz” daha da irəliləyə bilər.

Ümumi dəyərləndirmə apardıqda, görürük ki, həm favoritlər (“Qarabağ” istisna”), həm də autsayderlər sırasında mübarizə hər keçən gün daha da gərginləşir və də qazanılan hər bir xal daha dəyərli olur.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see369

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see325

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see316

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see307

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see305

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see297

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see251

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see245

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see241

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see235

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see234

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see231

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see227

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see225

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see221

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see220

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see218

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see214

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see190

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri