Icma.az
close
up
RU
Toponimlərimiz saxtalaşdırılıb: Ermənistan ərazisində ermənilərə aid məkan olmayıb

Toponimlərimiz saxtalaşdırılıb: Ermənistan ərazisində ermənilərə aid məkan olmayıb

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan toponimlərin saxtalaşdırılması sovet dövründə həyata keçirilib”.

Bunu Bakıvaxtı.az-a Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında səsləndirdiyi "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb" sözlərini şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, təkcə Göyçə gölü yox, İrəvan xanlığındakı 14 mahalın hamısı Azərbaycana aid ərazilər olub:

"Orada şəhərlər, kəndlər, dağ-dərələr Azərbaycan mənşəli idi. Çar Rusiyası tərəfindən tərtib olunmuş xəritələrdə indiki Ermənistan adlı ərazidəki bütün adlar Azərbaycan türklərinə məxsusdur. Bəzi erməni müəlliflər də bunu təkzib etməyiblər. Azərbaycan ərazilərinə ermənilər sonradan köçürülüb. Ermənilər 1828-ci ildə İrəvan Rusiya tərəfindən işğal ediləndən sonra Şərqi Anadoludan, İrandan  köçürülüb. İrəvana, Qarabağa və Naxçıvana yerləşiblər. Bunun ardınca mərhələli şəkildə toponimləri saxtalaşdırıblar”.

Qafar Çaxmaqlı: İrəvan xanlığındakı 14 mahalın hamısı Azərbaycana aid ərazilər olub

Müsahibimiz vurğulayıb ki, Qərbi Azərbaycana qayıtmaq haqqımızdır. Onun sözlərinə görə, dövlətimizin başçısının mesajları mühümdür.

“Biz öz elmi fəaliyyətimizdə, yazdığımız kitablarda türk adlarından istifadə etməliyik. Ermənistan ərazisində ermənilərə aid məkan, yer yoxdur, olmayıb", - deyə Qafar Çaxmaqlı əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, oxəritələrdə Sevan gölü adlı göl yoxdur:

“O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb".

Prezident bildirib ki, o xəritələri çar Rusiyası tərtib edib:

"Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik".

İlham Əliyev diqqətə çatdırıb ki, daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır:

"Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri