Icma.az
close
up
RU
Adlarımızı unutdurmağa çalışan ermənilər Toponimlərimiz bərpa ediləcək!

Adlarımızı unutdurmağa çalışan ermənilər Toponimlərimiz bərpa ediləcək!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənilər Qərbi Azərbaycana köçürüldükdən sonra qısa müddətdə azərbaycanlılara məxsus yaşayış məskənlərinin, bütövlükdə toponimlərin, oronimlərin, yer adlarını, dağların, çayların adlarını dəyişdilər. İrəvanda bir Göy Məscid istisna olmaqla Azərbaycanın bütün dini abidələri ermənilər tərəfindən məhv edilib.

Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib.

Toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib. Mütəxəssislərin bildirdiyinə görə, İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib.

Ermənilər bu zaman azərbyacan toponimlərini dəyişib, qəbirləri dağıdıblar.

Modern.az-a danışan Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, onun anadan olduğu Urud kəndi 2 dekabr tarixində boşaldılıb:

"1988-ci ilin dekabr ayında, demək olar ki, Qərbi Azərbaycandan bütün azərbaycanlılar deportasiyaya məruz qaldılar və Ermənistan tərəfindən çox vəhşicəsinə ata-baba yurdlarından qovuldular. Ermənistan hakimiyyətinin iddia etdiyi kimi bu, yalnız ozamankı erməni cəbhə hərəkatının, "saqqallılar" deyilən ayrıca terrorçu qrupun tək fəaliyyəti deyildi. Ermənistan hökuməti, rəhbərliyi, Daxili İşlər Nazirliyinin təşkil etdiyi dövlət hərəkatı idi. Yerli əhali döyülür, söyülürdü. Onların mallarını, mülklərini də əllərindən aldılar. Azərbaycanlılar qarlı şaxtalı havada onlar hamısı deportasiyaya məruz qaldı. Mənim doğulub böyüdüyüm Urud kəndinin əhalisi dekabrın 2-də qovuldular Ərikli dağ aşırımını aşaraq, qarda, çovğunda Naxçıvana pənah gətirdilər. İndiyə qədər onların çəkdiyi əzab əziyyətlər yadımdan çıxmır. Oradakı mal-mülkümüzü ələ keçirməklə, talamaqla yanaşı, müqəddəs ziyarətgahlarımızı, qəbirüstü abidələrimizi də dağıtdılar, yerlə yeksan etdilər. Məqsəd azərbaycanlı-türk adının silinməsiydi. 2006-cı ildə imkan yarandı Urud kəndinə gedə bildim. Orada qədim alban qəbiristanlığı vardı. Əslində, Alban adı şərtiydi. Burada yaşayanlar  xiristian türklər olublar. Həmin Alban qəbirlərinin hamısı dağıdılıb. Ondan sonrakı Qaraqoyunlu, Ağqoyunlu hakimiyyətinə aid abidələr dağıdılaraq, məhv edilmişdi. Ermənilər 35 ildən artıq bir dövrdə oradakı bütün izlərimizi silməyə çalışdı".

O qeyd edib ki, Qərbi Azərbaycanda harada, hansı əhalinin yaşadığını bildirən çox tutarlı dəlillərdən biri də toponimlərdir:

"Bizim yer adlarını dəfələrlə dəyişdilər. Hətta bu proses Sovet dövründə başlamışdı.  30-cu, 40-cı və 60-cı illərdə dəfələrlə Qərbi Azərbaycandakı 2000-dən çox yer adı dəyişdirilmişdi. 1991-ci ildə Ermənistan Ali Sovetinin qərarı ilə Ermənistandakı bütün azərbaycanlı toponimlərin hamısı dəyişdirilib, erməniləşdirildi. Bizim kəndin adı iki dəfə dəyişdirilib: 1968-ci ildə borotan, 2016-cı ildə borotlavan adlandırılıb. Yəni kəndin adı tam erməniləşdirilib. Toponimləri də dəyişmək, qəbirləri də yerlə-yeksan etmək olar. Əslində, bunlar yolverilməzdir. Amma belə hallar baş versə belə, insanların yaddaşını ki, silmək, tarixi mənbələri məhv etmək mümkün deyil. Bütün faktlar araşdırmalarda, dərgilərdə, filmlərdə durur".

M.Quliyev söyləyib ki, ermənilərə ən yaxşı cavab qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı olacaq:

"Qərbi Azərbaycan İcması cənab prezidentin xeyir-duası ilə yaradıldı və icma üçün gözəl bir bina verildi. Açılış zamanı Prezident konseptual çıxış etdi. Məhz bu çıxış Qərbi Azərbaycana qayıdış konsepsiyası oldu. Beynəlxalq konfrans və tədbirlərdə hər zaman icma qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmağının, ziyarətgah və qəbirstanlıqlarını ziyarət etməsinin təməl insan haqları olduğunu vurğulayırıq.  Ona görə də geriqayıdış üçün addımlarımızda haqlıyıq. Ermənilərin bunu ərazi iddiası kimi göstərməyə çalışması beynəlxalq ictimaiyyətin fikrini çaşdırmağa yönəlib. Bizim məqsədimiz insan hüquqlarının bərpası, azərbaycanlların ləyaqətli şəkildə geri qayıtmasıdır. Ermənistan hökuməti bunu təmin etməlidir. Bu da dünya tərəfindən dəstəklənəcək addım, siyasi çağırışdır. Buna biz nail olacağıq. Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının İkinci Beynəlxalq Forumu keçirildi. Dünyanın bütün ölkələrindən orada nümayəndələr iştirak etdilər. Qərbi Azərbaycanlıların qayıdışının fundamental insan haqları olduğunu dəstəklədilər. Ermənilər törətdiklərinə tarix qarşısında cavab verəcəklər. Ancaq mən düşünürəm ki, ən doğru cavab və qiymət bizim oraya qayıtmağımızın təmin olunmasıdır. Hüquqlarımızn bərpası üçün sonuncu günə qədər mübarizəmizi davam etdirəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri