Toponomiya komissiyası TOPLAŞIR Hansı təkliflər nəzərdən keçiriləcək?
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclis yanındaToponimiya Komissiyasının iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclasın yaxın günlərdə baş tutacağı gözlənilir.
Komissiyanın üzvü, deputat Elnarə Akimova saytımıza açıqlamasında məlumatı təsdiqləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışından sonra bu mövzu daha da aktuallaşıb:
"Amma Konstitusiya və idarəetmə baxımından ad dəyişikliklərinə dair qərarlar yalnız Nazirlər Kabinetinin və Milli Məclisin müvafiq müzakirəsindən sonra elan edilir. Toponomiya Komissiyasının bölgələrin və kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı barədə rəsmi şəkildə açıqlanmış tam siyahısı hələlik yoxdur" - deyə E. Akimova bildirib.
Qeyd edək ki, Toponimiya Komissiyası Azərbaycan Respublikasının ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Milli Məclisə rəy hazırlanması məqsədilə yaradılır.
Hazırda Komissiyanın sədri AMEA Prezidenti İsa Həbibbəylidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















