Toppuş bacı mədəkiçiltmədən ÖLMƏDİ Tanınmış onkoloq
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tanınmış onkoloq Anar Məmmədov mərhum aktrisa Tünzalə Əliyevanın vəfat səbəbi ilə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, həkim aparıcı Ülvira Qarayevnın suallarını cavablandırarkən xəstəliyin detalları barədə danışıb.
Onun sözlərinə görə, aktrisaya ginekoloji xərçəng diaqnozu qoyulmuşdu və xəstəlik mədəkiçiltmə əməliyyatı ilə əlaqəli olmayıb:
"Bir çoxları xəstəliyin əməliyyatdan sonra yarandığını düşünürdü. Amma bunun həmin əməliyyatla heç bir bağlılığı yox idi".
Anar Məmmədov bildirib ki, Tünzalə Əliyeva ilk müraciət edəndə xəstəlik artıq üçüncü mərhələdə idi və müəyyən qanaxma halları yaşansa da, vaxtında həkimə müraciət etməmişdi. Müayinələrdən sonra ona müvafiq tövsiyələr verilib.
Həkim qeyd edib ki, aktrisa müalicə sayəsində 5-6 il yaşayıb və prosesə məsuliyyətlə yanaşıb:
"Elə xəstələr olur ki, əvvəlcə müalicəni qəbul etmir. Amma Tünzalə xanım nizam-intizamlı idi, vaxtlı-vaxtında müalicələrə gəlirdi və çox alicənab insan idi".
Açıqlama cəmiyyətdə yenidən müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Fevral 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















