Toral Bayramov: Bu cür qələbələrin davamını gətirməyə çalışacağıq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 2 oktyabr, AZƏRTAC
Ağır oyun olacağını bilirdik. Matçdan öncə də bunu demişdim. Bilirdik ki, bizi çox çətin rəqib gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Yarımmüdafiəçi matçla bağlı fikirlərini bölüşüb: “Şükürlər olsun, baş məşqçimizin tapşırıqlarına əməl etdik, səbrlə gözlədik, nəticədə 2 qol vurduq. İkinci oyunda ikinci qələbə, 6 xalımız var. Çox sevincliyik. Bu cür qələbələrin davamını gətirməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















