Icma.az
close
up
RU
“Avropada yeni tarix yazmağa çalışacağıq” Toral Bayramov

“Avropada yeni tarix yazmağa çalışacağıq” Toral Bayramov

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Qarabağ”ın müdafiəçisi Toral Bayramovun QOL.az saytına müsahibəsi

- Mövsümü 3 xalla başa vurdunuz. “Şamaxı” səfərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Çempionluğu təmin etsək də, bu görüşə yaxşı hazırlaşmışdıq. Çünki biz hər matça qələbə üçün çıxırıq. Hər oyundan oyuna artırmaq istəyirik. Çıxışımızı daha da yaxşılaşdırmalıyıq. Oyuna gəldikdə, çətin alındı. Süni ot örtüyü amili də var idi. Havanın isti olması da əlavə çətinlik yaratdı. Bununla belə, şükürlər olsun ki, qələbə qazandıq. Bundan sonra kubokun finalına hazırlaşacağıq.

- Çempionluğu bir neçə həftə əvvəl təmin etmişdiniz. Son turlara köklənmək nə dərəcədə çətin idi?

- Deməzdim çətin olur. Haradasa ola bilər bəzi futbolçuılarda rahatlıq yaransın. Bu cür problemlər ola bilər. Lakin hamımız bilirik ki, məqsədimiz var və onun üzərində işləyirik. Çatışmazlıqlarımızı düzəltməyə, oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq.

- Ümumi götürsək, mövsümü “Qarabağ” üçün necə qiymətləndirirsiniz?

- Yaxşı qiymətləndirirəm. Maraqlı mövsüm keçdi. Gərgin oyunlar çox oldu. Avropada bir qədər yaxşı təsir bağışlaya bilmədik. İnşallah, qarşıdakı mövsümdə Avropada yeni tarix yazmağa çalışacağıq.

- Çoxları növbəti mövsüm Premyer Liqamızda komanda sayı artımını, legioner limitinin ləğvini nəzərə alaraq artıq indidən növbəti çempionatın gərgin keçəcəyini proqnozlaşdırır. Siz də elə düşünürsünüz?

- Açığı, indidən yeni mövsüm barədə nəsə deməyə çətinlik çəkirəm. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik. Sonra millinin toplanışı olacaq. Ardınca qısa istirahət. Yalnız bütün bunlardan sonra yeni mövsüm barədə danışmaq olar.

- Final demişkən, “Qarabağ” “qızıl dubl” edə biləcək?

- Qələbə qazanmaq istəyirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyirik ki, qalib gələk və azarkeşlərimizi sevindirək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri