Icma.az
close
up
RU
Törəli çölçü “Törənin izində” Addımaddım hədəflərə doğru! Yeni Çağ Media

Törəli çölçü “Törənin izində” Addımaddım hədəflərə doğru! Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər kəsə bəllidir ki, Türk Törəsi əsrlərdir keçimişimizdən bu günümüzə, nəsillərdən nəsillərə ötürülərək uzun və incə bir yol keçərək Türk xalqlarının birliyinin möhkəmləndirilməsində önəmli rol oynayıb və oynamağa da davam edir.

Çağdaş dövrdə “Törə” mədəni və mənəvi irs, Türk xalqlarının ortaq simvolu kimi xatırlansa da, dövlət idarəetmə sistemində böyük önəm daşıyıb. Tarix boyu bu törənin izinə düşənlər də olub, bu izdən addımlayıb böyük işlər görərək, adlarını tarixə yazdıranlar da. Bir də… bir də öz törəsinə dönük çıxıb, ondan uzaq qaçanlar olub.

Qaçdıqca da Törədən uzaqlaşıblar, onu unudublar. Ya da sanıblar ki, unuda biləcəklər… Oysa Törə nə kağızlarda, nə də qədim daş kitabələrdə yazılı deyil əsla. Törə Türkün qanındadı. O, asanlıqla unudulmaz. Unudulsa belə, yatmış bir vulkan kimi yenə küllərinin içindən baş qaldırar, canlanar… Bunu Türkün Törəsini unutdurmağa çalışanlar da bilirlərmi görəsən heç? Bəlkə də bilirlər… “Bəlkə də yox”, dəqiq bilirlər… Çünki dünyanın düzəni pozulduqca, ədalətsizliklər artdıqca Türkün qanı yenidən qaynadı, külləri arasında yeni bir qığılcım gözləyən Türk Törəsi bütün Türk obalarına, Türk soylarına səsləndi: “Ədaləti qoruyub, bərqərar etmə zamanıdır.” Bu Türkün Törəsindəndir.

Bir səslənişlə dünyanın dörd bir yanından Türk oğulları ayağa qalxdılar. İç oğuzla dış oğuz bir oldular. “Yenidən güclənmə, bir olma zamanıdır”- dedilər. Dedilər və sürətlə bir olmağa, toparlanmağa başladılar. Artıq tək sözdə deyil, əməldə də bir olma zamanı idi və oldular da.

İnformasiya texnologiyalarının, sosial şəbəkələrin daha çox insan beynini işğal etməsinə rəğmən Türk insanı tutduğu vəzifədən və mövqedən asılı olmayaraq bu birliyiə dəstək olur, silkinib özünə dönür Tenqri oğulları. Dönür ki, daha böyük olsunlar.

Bir də artıq “Törənin izində” olma zamanıdır deyənlər var.

“Törənin izində”olmaq Türk birliyinin gündən-günə gücləndiyi bir vaxtda bəlkə də ən doğru qərarlardan biridir. Bəzi telekanlların göstərdikləri, heç bir milli əxlaqi normalara, etik qaydalara sığmayan verilişlərin insanları televiziya kanallarından uzaq saldığı bir çağda, bəlkə “Törənin izində” olmaq yenidən insanları, ailələri bir arada ekran başına toplar, onlara zəngin tariximizi, mədəni və qədim irsimizi xatırladar?! Onlara Türk Törəsinin nələrə qadir oluğunu göstərər, anladar?!

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən dəstəklənən və ARB telekanalında yayımlanan “Törənin izində” verilişinin də əsas məqsədlərindən biri də elə budur. Bu layihə təkcə insanları yenidən ekran qarşısına toplamır, həm də Türk dünyasını birləşdirir. “Törənin izində” addım-addım Türk diyarlarını gəzərək,Türk dünyasının tanınmış aydınlarının, ortaq tariximiz, mədəniyyətimiz və gələnəklərimizlə bağlı maraqlı fikirlərini, araşdırmalarını ekranlara gətirir, Türk dünyasının böyük uğurları, çağdaş çağırışlar qarşısında birliyi və gələcək perspektivləri barədə müzakirələr aparılır. Bu layihə, Türk xalqlarını bir araya gətirmək üçün böyük bir addım olmaqla yanaşı, onun tarixini və ənənələrini dünya miqyasında tanıtmaq baxımından da önəmlidir.

“Törənin izində” olanlarla birgə izləyicilər də “Törənin izində” yol alacaqlar, keçmişdən bu günə süzülüb gələn adət-ənənələrimizi, tariximizi hiss edəcəklər. “Törənin izində” olma ideyasının müəllifi və aparıcısı ilk çağdaş Türk altkültürü (subkulturası) olan “Çölçü” birliyinin qurucusu, rejissor Eltən Törəçidir, Törəli Çölçü. Unudulmuş, az gedilən, az tanınan yurd yerlərini addım-addım dolaşan, təbiətlə insan arasında itirilmiş harmoniya axtarışında olan Törəli Çölçü əslində uzun zaman idi ki “Törənin izində” idi. O, bu izdə addımladıqca addım səsləri daha gur eşidilməyə başladı. Tanrı Törəli Çölçünü, Türk oğlunu qorudu və ucaltdı. Tanrı “Törənin izində” olanları qorusun!

Yazar -Xanım Xatun

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 02 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri