Icma.az
close
up
RU
Törəli türk ədəbiyyatı fikir məclisi

Törəli türk ədəbiyyatı fikir məclisi

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəfərzadələr ocağı yenə də öz odu, istisi, şəxsiyyətli nümayəndələri ilə diqqəti cəlb edir. Bunu Azərbaycan Xalq yazıçısı, professor Əzizə Cəfərzadənin çoxcild- liyinin, eləcə də ayrl-ayrı romanlarının bir neçə dəfə çap olunması, həm də Əhməd və Məmməd Cəfərzadələrin ədəbi irslərinin işıq üzü görməsi də dediklərimi təsdiq etməkdədir. Maraqlıdır ki, Cəfərzadələr ocağının nümayəndələri arasında müxtəlif sənət adamları (neft mühəndisi, təyyarəçi və b.) olsa da, onların əksəriyyəti öz sahələri üzrə elmi dərəcə almış alimlərdi, elm-bilim adamlarıdı. Üstəlik, onların püxtə qələmi, yaradıcılıq qabiliyyətləri var. Bunlardan Turan İbrahimovu, Rauf Cəfərzadəni, Vahidə Cəfərzadəni göstərmək olar.
Bəli, Əzizə Cəfərzadənin yaradıcılığına diqqət artıb. Buna görə də onunla bağlı Azərbaycanda da, ondan kənarda da bu böyük yazıçı-alimlə əlaqədar tədqiqatlar aparılır, tədbirlər, məclislər keçirilib, keçirilir də. Belə tədbirlərdən biri də bu günlərdə, yəni noyabr ayının 16-da Türkiyənin Bolu şəhərində keçirilib. Bu tədbir belə adlanır: Törəli Türk Ədəbiyyatı Fikir Məclisində: Törəli Türk Ədəbiyyatı oxumaları. Bu tədbirdə bir neçə universitetin (Bolu Abant İzzet Baysar, Hacettepe, Diyarbekir universitetləri) müəllim və professorları, yəni professor, doktor Metin Özarslan, professor, doktor Ahmet Tanyıldız, dosent, doktor Abdülkadir Dağlar, professor, doktor Ertoğrul Karakuş, dosent, doktor Erhan Çarpaz, Bolunun keçmiş millət vəkili Mustafa Yünlüoğlu, yazıçı Ahmad Türkan, professor Rauf Cəfərzadə, dosent Vahidə Cəfərzadə və digərləri iştirak edirdilər. Bu məclisdə təqaüddə olan pilot, hava nəqliyyatının istismarı və korresion psixologiya ixtisasları üzrə elmlər doktoru, professor Rauf Cəfərzadə “Əzizə Cəfərzadənin həyatı, əsərləri və onun Azərbaycan ədəbiyyatında yeri” mövzusunda çıxış etdi. Natiq Əzizə Cəfərzadənin yaradıcılığına oxucu marağının çox olduğunu göstərdi. O qeyd etdi ki, Əzizə xanımın əsərləri böyük tirajlarla çap olunurdu və nəşr olunan kimi satılıb qurtarırdı. Bu, ona olan böyük oxucu sevgi və rəğbətinin təzahürü idi. Təbii, onun elə əsərləri vardı ki, onları sovet rejimi çap etməyə icazə vermirdi və ya senzurlar əsərdə müəyyən məqamları kəsib çıxardırdılar. Məsələn, 1983-1986-cı illərdə yazılmış “Qobustan çökəklərində” romanı belə əsərlərdəndi. Bu əsər ilk dəfə 2021-ci ildə nəşr oluna bilmişdir. Əzizə Cəfərzadənin ilk kitabı 1948-ci ildə nəşr edildikdən sonra yandırılmışdı.
R.Cəfərzadə Əzizə Cəfərzadənin səyahətlərlə, səfərlərlə çox maraqlı olduğunu da qeyd etdi. O göstərdi ki, Əzizə xanım 21 ölkədə, o cümlədən Türkiyədə 8 dəfə səfərdə olub. 15 ölkəyə səfəri haqqında səfərnamələr yazmışdır. Bu “Səfərnamələr” professor Pərvanə Bayram və yazıçının oğlu Turan İbrahimov tərəfindən 2022-23-cü illərdə çapa hazırlanmış və 2023-cü ildə “Seçilmiş əsərləri”nin 13-14-cü cildlərində nəşr edilmişdir. Rauf bəy xatırlatdı ki, Əzizə xanım xəstə olsa, yataqda olsa belə ona desəydilər ki, səfərə gedək, dərhal canlanar, ayağa qalxardı, səfərə hazırlıq görərdi. O, özü ilə yola ərzaq, çərəz götürər, bunları yolda hamı ilə bölüşərdi. Onunla yol yoldaşı olmaq, şirin söhbətlərinə qulaq asmaq bir ayrı aləmdi. O o qədər cana yaxın, mehribandı ki, adamda unudulmaz təəssüratlar yaradırdı.
Tədbirdə dosent Vahidə Cəfərzadənin çıxışı da maraqla qarşılandı. Natiq Əzizə xanım haqqında xatirələrini dilə gətirdi.
– Əzizə xanım həm ana, həm müəllim, həm pedaqoq, həm mahir natiqdi. O həm də mənim müəllimimdi. Yadımdadır, müəllimlərimizdən Əliyar Səfərlini İrana səfir göndərdilər. Onun yerinə Əzizə xanım gəldi. Əzizə xanımın gözəl danışığı, xoş siması, qeyri-adi cazibəsi hamının diqqətini özünə çəkdi. Ona necə vurulduqsa fasiləyə belə çıxmaq ağlımıza gəlmirdi. Bəli, onun şirin söhbətlərindən doymaq olmurdu. Əsl müəllimdi, adamı bilmədiyini öyrənməyə məcbur edirdi. Yadımdadır, Əzizə xanım hərəyə bir əsər verirdi – kurs işi kimi. Mənə də tapşırıq verdi. Amma mən əvvəlcə bunu qəbul etmək istəmədim:
– Əzizə xanım, axı bu barədə hələ heç kim yazmayıb.
– Sən yazarsan, eybi yox. Bilmədiyini öyrənməlisən. Bu, sənin sənətindi.
Bəli Əzizə xanım mənə güzəştə getmədi. Mən kurs işimi yazıb ona təqdim etdim. O, onu oxuyub razı qaldı:
– İnsan məcbur olanda deyiləni eləyir. Bir dəfə Əzizə xanım nə düşündüsə dedi:
– Uşaqlar, siz Qobustanı görmüsünüzmü?
– Yox.
Əzizə xanım daha sözü uzatmadı, bizi elə həmin gün Qobustana apardı:
– Belə tarixi, maraqlı yeri görmək çox vacibdir. Bakıda təhsil alasan, onun yaxınlığındakı Qobustanı gəlib görməyəsən?! Bu qədim insan məskənini görmək, ziyarət etmək lazımdır.
Əzizə xanım həm də çox yaddaşlı adamdı. Yadımdadır, o vaxt onun 82 yaşı vardı. Bir gün mənə dedi:
– İndi mən sənə bir şeir deyəcəyəm.
Fikirləşdim ki, yaşlı adamdı, yəqin hansısa şeirin bir bəndini xatırlayacaq. O, səkkiz bəndlik fars dilində şeiri deyəndə məni çox təəccübləndirdi. Bəli, Əzizə xanımın bu yaşda da yaddaşı yerində idi.
Bu maraqlı tədbirdə Türkiyənin adı çəkilən ali məktəblərinin alimləri də Əzizə xanımın yaradıcılığı və onun Azərbaycan ədəbiyyatında yeri barədə mülahizələrini söylədilər.
Sonda iştirakçılara Əzizə Cəfərzadənin son illərdə Azərbaycanda və Türkiyədə dərc edilmiş kitablarından hədiyyə olundu.
Bu maraqlı tədbir haqqında məlumatları dostum, texnika üzrə fəlsəfə doktoru Turan İbrahimovdan alıb bu yazını işlədim.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri