Torpaq Məcəlləsində dəyişikliklərlə bağlı yeni qanun qəbul edildi
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli qanunun icrası ilə əlaqədar bir sıra qanunvericilik aktlarında dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Qanuna əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində dəyişikliklər aparılıb. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən obyektlər istisna olmaqla, quyular, tikililər və istixanalarla bağlı bir sıra məhdudiyyətlər dəqiqləşdirilib, bəzi anlayışlar maddədən çıxarılıb.
Eyni zamanda, “Torpaqların münbitliyi haqqında” Qanunun 14-cü və 17-ci maddələrinin birinci hissələrindən, həmçinin 20-ci maddəsinin ikinci hissəsindən “(uqodiyalarının)” sözü çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 06 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















