Vergi Məcəlləsində dəyişikliklərlə maliyyə məlumatlarının düzgün təqdimatı təmin ediləcək
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vergi Məcəlləsində dəyişikliklərlə maliyyə məlumatlarının düzgün təqdimatı təmin ediləcək. SİA xəbər verir ki, Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Əmiraslanov təqdim edib. O bildirib ki, dəyişiklik həkimlik fəaliyyəti və maliyyə institutlarının fəaliyyətində qanun layihəsinin hüquqi mexanizmlərinin müəyyən olunmasını nəzərdə tutur.
Azərbaycan Respublikası artıq maliyyə məlumatlarının mübadiləsi üzrə çoxtərəfli razılaşmaya qoşulub və beynəlxalq vergi hesabatlılığı standartlarını tətbiq etməyə öhdəlik götürüb. Bu çərçivədə maliyyə institutları müştərilərin vergi rezidentliyi və digər məlumatlarını toplayaraq səlahiyyətli orqanlara təqdim etməlidirlər.
Yeni qanun layihəsi ilə:
Maliyyə institutlarına yanlış və ya saxta məlumat təqdim edən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq;
Azərbaycanın beynəlxalq öhdəlikləri icra olunacaq;
Vergi şəffaflığı artırılacaq;
Daxili qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Baxış sayı:46
Bu xəbər 16 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















