Icma.az
close
up
RU
Torpaq mənim adımadır, ancaq keçmiş icra nümayəndəsi SAXTA YOLLA başqasına satıb İDDİA

Torpaq mənim adımadır, ancaq keçmiş icra nümayəndəsi SAXTA YOLLA başqasına satıb İDDİA

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qusar rayon sakini torpaq sahəsinin saxta sənədlərlə başqa şəxsin adına keçirildiyini iddia edir.

Bununla bağlı Oxu.Az-a danışan şikayətçi Sərxan Qirim oğlu Quliyev bildirib ki, ona məxsus 1 hektar 77 sot əkin-biçin (suvarma) torpaq sahəsi keçmiş icra nümayəndəsi və onun oğlu tərəfindən saxta yollarla mənimsənilərək başqa şəxsin adına rəsmiləşdirilib:

"Mənə məxsus 1 hektar 77 sot əkin-biçin torpaq sahəsi Qusar rayonu Xuray ərazi idarəsinin keçmiş icra nümayəndəsi Kazım Xammədov və onun əmisi oğlu Hikmət Xammədov tərəfindən saxta sənədlərlə başqa şəxsin adına çıxarılıb. Saxta müqavilənin yarısı çap maşını, yarısı da kompüterlə yazılıb. Nikah şəhadətnaməsi ilə alqı-satqı ediblər. Amma torpağın satılması və ya alınması şəxsiyyət vəsiqəsi ilə reallaşır.

Torpaq sahəsinə dair bütün rəsmi sənədlər - dövlət aktı, ödəniş sənədləri, subsidiya müraciətləri və digər mülkiyyətlə bağlı sənədlər məhz mənim və ailə üzvlərimin adınadır. Torpağın faktiki sahibi bizik və bu ərazi illərlə bizim tərəfimizdən becərilib, istifadə olunub. Vergiləri də daim biz ödəmişik, subsidiya dəstəyini də biz almışıq".

Vətəndaşın sözlərinə görə, 2019-cu ildə "ASAN xidmət"ə torpağa çıxarış almaq üçün müraciət etdikdə məlum olub ki, torpaq artıq başqa bir şəxsin adına rəsmiləşdirilib:

"Bu barədə məlumatı ilk dəfə həmin vaxt əldə etdik. Araşdırmalarımız zamanı məlum oldu ki, bu torpaq saxta yollarla, bizdən xəbərsiz, torpaq idarəsində çalışan şəxslərin köməyi ilə qanunsuz olaraq başqa vətəndaşın adına keçirilib. Saxta çıxarış hazırlanıb".

Vətəndaş məsələ ilə bağlı dəfələrlə məhkəmələrə, hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin heç bir nəticə əldə olunmadığını bildirir:

"Məhkəmə baxışları olsa da, qərar qarşı tərəfin xeyrinə verilib. Halbuki əlimizdə dövlət tərəfindən verilmiş orijinal torpaq aktı var. Qarşı tərəfin təqdim etdiyi sənədlər isə saxtadır. Ədalətin bərpa olunmasını istəyirik. Addan istifadə etməyi xoşlamıram, amma hörmətsizlik edirlər. Qardaşım 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, anam şəhid bacısıdır".

Şikayətçi aidiyyəti dövlət qurumlarından, icra hakimiyyətindən bu məsələni araşdırmalarını, torpaq mülkiyyət hüququnun bərpa olunmasını və qanunsuz çıxarışların ləğv edilməsini tələb edir.

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü Vüqar Babayev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi zəruridir:

"Daşınmaz əmlakın özgəninkiləşdirilməsi yalnız notariat orqanlarında həyata keçirilə bilər. Bu zaman notarius həmin əmlakın mülkiyyətçisinin şəxsiyyətini və ya onun müvəkkil etdiyi şəxsin səlahiyyətlərini yoxlamalı, bundan sonra isə alqı-satqı predmeti olan əmlakın üzərində bu əməliyyata mane ola biləcək hər hansı məhdudiyyətin olub-olmamasını, habelə bu əməliyyat üçün razılığı alınmalı şəxslərin olmasını, əgər vardırsa, onların belə razılığının mövcudluğunu yoxlamalı və sonra qanunla nəzərdə tutulan hərəkətləri yerinə yetirməlidir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakla bağlı notariat qaydasında bağlanmamış müqavilələr etibarsızdır. Nikah şəhadətnaməsi alqı-satqı müqaviləsinin bağlanması üçün tələb edilə bilən sənədlərdən biri ola bilər. Amma ancaq bunun əsasında bu cür müqavilə bağlana bilməz. Qeyd edilməlidir ki, torpaq da daşınmaz əmlakdır".

Sözügedən məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğu cavabsız qalıb.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri