Icma.az
close
up
RU
Şorbanı möhtəşəm edən detal İlk 20 dəqiqə qapağı...

Şorbanı möhtəşəm edən detal İlk 20 dəqiqə qapağı...

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mətbəxə girən hər kəsin əsas məqsədlərindən biri az ərzaqla ən yaxşı dadı əldə etməkdir. Şorba bişirərkən qazanının qapağını açıq saxlamaq, yoxsa örtmək barədə sual isə burada böyük fərq yarada bilər.

Milli.Az xəbər verir ki, şeflərin illərdir tətbiq etdiyi bu kiçik nüans əslində şorbanın xarakterini tamamilə dəyişir. İlk 20 dəqiqə qapağı açıq saxlamaq düşündüyünüzdən çox daha böyük təsir göstərir.

Bişirmə zamanı qapaq açıq qaldıqda şorba "nəfəs almağa" başlayır. Buxar qalxır, uçucu aromalar daha rahat ortaya çıxır və qazan içindəki suyun bir hissəsi buxarlanır. Bu da daha konsentratlaşdırılmış bir dad deməkdir. Bişirmə müddəti bir qədər uzansa da, xüsusilə ət və ya sümük əsaslı şorbalarda bu üsul qızıl dəyərindədir.

Təbii ki, hər şorba eyni qaydalarla bişmir. Qapağın açıq qalması bəzi reseptlərdə böyük üstünlük yaradır. Toyuq və ya ətlə hazırlanan şəffaf bulyonlarda qapağı açıq saxlamaq köpüyü rahat toplamağa kömək edir və suyun bir qədər azalması ilə daha duru, daha şəffaf nəticə verir. Həmçinin ağır qoxulu ətlər və ya güclü ədviyyatlar istifadə olunan şorbalarda qapağın açıq qalması qoxuları yumşaldır.

Qapağı bağlamağın da öz üstünlükləri var. Xüsusilə bişməsi uzun çəkən kartof, bulqur, noxud və ya mərcimək kimi ərzaqlarla hazırlanan şorbalarda qapağın bağlı qalması prosesi asanlaşdırır. Çünki istilik içəridə qalır və ərzaqlar daha tez yumşalır. Üstəlik daha az enerji sərf olunur və nəticə daha tez alınır.

Şeflər adətən iki mərhələli üsul tövsiyə edirlər:

Əvvəlcə qapağı açıq saxlayaraq aromaları gücləndirmək Daha sonra qapağı bağlayıb zəif odda davam etdirməklə dadı tam oturtmaq

Bulyon və ət əsaslı şorbalarda ilk 20-30 dəqiqə qapağın açıq qalması vacibdir. Bu, həm köpüyün asanlıqla alınmasını təmin edir, həm də şorbanı daha şəffaf edir. Sonrakı mərhələdə qapağın açıq və ya bağlı qalması çorbanın növündən asılıdır. Sümük və ət əsaslı reseptlər çox vaxt qapaqsız bişirilir. Tərəvəz və taxıllı şorbalar isə adətən qapağı bağlı şəkildə, zəif odda bişdikdə ideal qatıqlığa çatır.

Tomatlı və ya souslu şorbalarda əvvəlcə qapağı açıq saxlayaraq aromanı gücləndirmək, sonra qapağı bağlamaq və ərzaqların tam birləşməsinə imkan vermək ən effektiv üsuldur.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri