Icma.az
close
up
RU
Torpaq qanunvericiliyinə dəyişikliklər: Əhaliyə nə vəd edir?

Torpaq qanunvericiliyinə dəyişikliklər: Əhaliyə nə vəd edir?

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1 yanvar 2025-ci il tarixindən Azərbaycanda “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun qüvvəyə minəcək. Qanuna uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq ərazidə tikintiyə icazə verən aidiyyatı qurumlar məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Eyni zamanda, gələn ildən Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” qaydaları tətbiq ediləcək.

APA-Economics” torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklərin hansı məsələləri əhatə etməsinə aydınlıq gətirib.

Bəzi iddialar əsassızdır

Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlarımız elə hesab edir ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, bölgələrdə inşa edilmiş “özbaşına” tikililərin sənədləşdirilməsinə başlanılacaq yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək. Bu iddialar heç bir həqiqəti əks etdirmir.

Dəyişikliklərin mahiyyəti budur ki, gələn ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək. Bu tikililər isə yalnız sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu dəyişikliklər yay və qış otlaqları, ümumi istifadədə olan örüş sahələrinə aid edilməyəcək. Həmin sahələrdə əvvəllər olduğu kimi yenə də tikintiyə icazə verilməyəcək.

Təyinat dəyişikliyinə ehtiyac olmayacaq

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti-quraşdırma işləri həyata keçirilərkən torpaqların kateqoriya və təyinatının dəyişdirilməsinə ehtiyac olmayacaq. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı isə 5 hektara və 1 faizə dair məhdudiyyətlər tətbiq edilməyəcək. Yəni 5 hektardan az olan sahələrdə də ümumi ərazinin neçə faizini təşkil etməsindən asılı olmayaraq istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması mümkün olacaq. Bu əsaslı tikintilərin aparılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydada “Şəhərsalma və Tikinti Məcəlləsinə” uyğun olaraq qaydada həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulan, habelə işçilərin müvəqqəti yaşaması üçün inşasına yol verilən tikinti obyektlərinin, kənd təsərrüfatı məqsədli istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.

Kateqoriya dəyişikliyi mülkiyyətçinin səlahiyyətidir

“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən, gələn ildən yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edəcəklər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçilərinin səlahiyyətində olacaq. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Prezident ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq.

Bu vaxta qədərki tikililərin taleyi

Sözügedən dəyişikliklər gələn ildən baş verəcək münasibətlərə aid ediləcək. Habelə, bu vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaqda hansısa müvəqqəti tikili inşa edilibsə, mülkiyyətçinin müraciəti əsasında həmin tikilinin qanundan irəli gələn normalara uyğunluğu, kənd təsərrüfatına xidmət etmək potensialı, bu vaxta qədər həmin sahibkarın fəaliyyəti yoxlanılacaq, lazımi tələblər qarşılanarsa, həmin tikilinin də sənədləşdirilməsinə imkan yaradılacaq.

Qanundakı dəyişikliklərin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarların iqtisadi imkanlarını artırmaq məqsədi daşıdığı bildirilir. Prosesin kənd təsərrüfatının inkişafında yeni perspektivlər açaraq, ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri