Icma.az
close
up
RU
Torpaq qanunvericiliyinə dəyişikliklər: Əhaliyə nə vəd edir?

Torpaq qanunvericiliyinə dəyişikliklər: Əhaliyə nə vəd edir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklər yeni ildən qüvvəyə minir.

Yanvarın 1-dən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək.

Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlar elə hesab edirlər ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, inşa edilmiş "özbaşına" tikililərin sənədləşdirilməsinə başlanılacaq, yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Torpaq Məcəlləsinə edilmiş dəyişiklərə əsasən, dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək:

“Yəni burada daşınmaz əmlaklara və torpaqlara çıxarışların təmin olunmasıdır. Bildirim ki, artıq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı daxil, digər şəhərlərin baş planı dəyişdirilib. Bu plana əsasən yeni şəhərsalma prinsipləri və normativlər müəyyən olunub. Buna uyğun olaraq kənd təsərrüfatlı təyinatı olan torpaqların təyinatının dəyişdirilməlidir. 

Ekspert qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatı təyinatlı olan torpaqlar zamanında bələdiyyələr tərəfindən satılıb:

“Hazırda ölkəmizdə 100 minlərlə həyət evlərinin tikildiyi torpaqlar kənd təsərrüfatı təyinatlıdır. Əğər kənd təsərüffatı təyinatlı torpaqlarda ev tikən vətəndaşlar çıxarış almaq üçün aidiyyəti qurumlara müraciət etsələr, o zaman dövlət qurumlarında xaos yaşana bilər.

Çünki vətəndaşların böyük əksəriyyəti prosedurun gedişatını düzgün bilmir. Lakin bələdiyyələr tərəfindən satılan torpaqların elə bələdiyyələr tərəfindən sənədləşdirilməsinə imkan yaradılarsa, bu proseslər daha rahat şəkildə icra oluna bilər”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri