Icma.az
close
up
RU
Torpaq sürüşmələrini öncədən xəbər verən sistem

Torpaq sürüşmələrini öncədən xəbər verən sistem

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ alimləri torpaq sürüşmələri və uçqunların erkən xəbərdarlıq sistemlərinin effektivliyini sübut edən genişmiqyaslı tədqiqat həyata keçiriblər. Bu barədə məqalə nüfuzlu "Journal of Geophysical Research: Earth Surface" jurnalında dərc olunub.

Kaliforniya sahillərinin təxminən 70%-i ovulan, uçquna meyilli qayalıqlardan ibarətdir. Eyni zamanda bu təhlükəli zonaların üzərində magistral yollar, dəmir yolları və yaşayış məhəllələri yerləşir. Qəfil baş verən uçqunlar mütəmadi olaraq faciələrə yol açır; məsələn, 2019-cu ildə Ensinitas şəhərində qayalıqların uçması nəticəsində üç qadın dağıntılar altında qalaraq həyatını itirib. Məhz bu hadisə yerli hakimiyyət orqanlarını sürüşmələrin proqnozlaşdırılması metodlarının işlənib hazırlanmasına maliyyə vəsaiti ayırmağa sövq edib.

Geofiziklər monitorinq üçün kompleks yanaşma tətbiq edərək, adətən zəlzələlərin öyrənilməsində istifadə olunan texnologiyalardan yararlanıblar. Onlar aktiv sürüşmə sahələrində tiltmetrlər (yerin meylini insan saçının qalınlığının səkkizdə biri dəqiqliyi ilə ölçən cihazlar), lifli-optik ekstenzometrlər, seysmometrlər və GPS ötürücüləri quraşdırıblar, həmçinin hər həftə qayalıqların lazer skanlanmasını həyata keçiriblər.

Tədqiqat müddətində komanda beş böyük uçqun hadisəsini qeydə alıb. Bütün hallarda cihazlar qaya süxurlarının anomal hərəkətini uçqundan bir neçə saat, bəzən isə günlər əvvəl təsbit edə bilib. Ən diqqətçəkən hadisə 2024-cü ilin yazında Del-Mar şəhərində baş verib:

·       Alimlər vizual olaraq qayada mikroskopik bir çat aşkar ediblər.

·    Bir neçə həftə ərzində xüsusi sensorlar bu çatın hər gün gözlə görünməyən 0,4 millimetr dərəcəsində genişləndiyini qeydə alıb.

·     Aprelin 19-da qruntun hərəkət sürəti təhlükəli həddə çatıb və tədqiqatçılar dərhal yerli rəsmiləri xəbərdar ediblər.

·   Cəmi iki gün sonra, aprelin 21-də 200 tondan çox qaya və torpaq kütləsi sürüşərək sahildəki çimərliyə tökülüb. Vaxtında görülən tədbirlər sayəsində faciənin qarşısı alınıb.

Hesabat müəllifləri vurğulayırlar ki, fəlakətlərin proqnozlaşdırılması artıq elmi cəhətdən sübut olunduğu üçün hökumət təcili reaksiya protokolları hazırlamalıdır. Gələcəkdə sensorlardan gələn siqnallar birbaşa xilasedicilərə ötürüləcək ki, çimərliklər dərhal bağlansın və ya qatarların hərəkəti dayandırılsın. Bundan əlavə, mütəxəssislər artıq çimərliklərin təhlükəsiz qumlu zolağının enini üç gün öncədən proqnozlaşdıran eksperimental mobil tətbiq də istifadəyə veriblər.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri