Icma.az
close
up
RU
Torpaq sürüşməsi Dəmirçi Lahıc yolunu yararsız hala salıb FOTO

Torpaq sürüşməsi Dəmirçi Lahıc yolunu yararsız hala salıb FOTO

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmayıllı, 9 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Son günlər Dəmirçi–Lahıc avtomobil yolundan istifadə edən sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yolun bir neçə hissəsində baş verən torpaq sürüşmələri və digər səbəblər nəticəsində çatlar, qabarmalar və yarğanlar əmələ gəlib. Bəzi yerlərdə asfalt qatı və yol yatağı tamamilə sıradan çıxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürücülərin sözlərinə görə, xüsusilə həftə sonları və gecə saatlarında bu yoldan istifadə etmək xeyli təhlükəlidir. Elə hallar olur ki, yolun qəzalı vəziyyətdə olmasına görə sürücülər geri qayıtmağa məcbur qalırlar.

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Bu marşrut həm yerli əhali, həm də Lahıca üz tutan turistlər üçün əsas yol sayılır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli AZƏRTAC-a açıqlamasında bildirib ki, Dəmirçi–Lahıc avtomobil yolu sürüşmə zonasında yerləşir. Bu amil yolun vəziyyətinə də təsirsiz ötüşmür. Nəticədə bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə olunur. “Agentliyin əməkdaşları tərəfindən yol daim nəzarətdə saxlanılır və hərəkətə mane ola biləcək hallar baş verdikdə operativ müdaxilə edilir. Bununla yanaşı, yolun bəzi hissələrinin əsaslı bərpasına ehtiyac yaranıb. Bu istiqamətdə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrıldıqdan dərhal bərpa işlərinə başlanılacaq”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri