Icma.az
close
up
RU
TOSC un növbəti iclaslarından birinin Bakıda keçirilməsi təklif edilib

TOSC un növbəti iclaslarından birinin Bakıda keçirilməsi təklif edilib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Hava Limanları Assosiasiyasının (ACI Europe) Texniki və Əməliyyat Təhlükəsizliyi Komitəsinin (TOSC) növbəti iclaslarından birinin Bakıda keçirilməsi təklif edilib. SİA Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, belə bir təklif Bakı Aeroportunun Varşavada keçirilmiş TOSC-un 49-cu iclasında iştirakı zamanı səslənib.

Bu təşəbbüs Azərbaycanın qlobal aviasiya ekosisteminin inkişafına verdiyi töhfənin və Bakı şəhərinin yeni nəsil nəqliyyat qovşağı kimi artan rolunun tanınması baxımından əlamətdar addımdır. Bununla da Azərbaycanın beynəlxalq aviasiya gündəmində artan rolunu bir daha nümayiş etdirib.

“TOSC forumu sadəcə bilik və təcrübə mübadiləsi üçün məkan deyil. Bu, aviasiyada təhlükəsizliyin gələcək standartlarının formalaşdığı platformadır. Biz yalnız mövcud təcrübələri mənimsəməklə kifayətlənmir, eyni zamanda bu prosesin bir hissəsi olmağa çalışırıq,” – deyə hava limanının uçuşların təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə bildirib.

Tədbir aviasiya sənayesinin əsas çağırışlarına dair birgə həllərin müzakirəsi məqsədilə aparıcı Avropa hava limanlarının, aviasiya tənzimləyicilərinin və texnoloji şirkətlərin nümayəndələrini bir araya gətirib. Heydər Əliyev Beynəlxalq Aeroportunun nümayəndə heyəti süni intellektin turnaround əməliyyatlarına (təyyarənin enişi ilə növbəti uçuşu arasındakı yerüstü xidmət dövrü) tətbiqi, aeronaviqasiya xidmətləri ilə rəqəmsal koordinasiya və perron təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan müzakirələrdə fəal iştirak edib.

Əsas diqqət uçuş-enmə zolağından çıxma hallarının qarşısının alınmasına və insan amilinin azaldılmasına yönəlib. Bu kontekstdə xüsusi texnika sürücülərinin peşəkar hazırlığı və əməliyyat risklərinin azaldılması üzrə qabaqcıl yanaşmalar təqdim olunub.

Qeyd edək ki, 2024-cü ildən etibarən Bakı və Gəncə beynəlxalq hava limanları Avropa hava limanlarının ən böyük assosiasiyası olan ACI Europe-un rəsmi üzvləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri