Icma.az
close
up
RU
Toster və vafli aparatı da Evdə sürətli səhər yeməkləri asan seçim

Toster və vafli aparatı da Evdə sürətli səhər yeməkləri asan seçim

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toster və vafli aparatı bu işdə sənin ən yaxın dostun olacaq. Kontakt.az-da hər birinin elə geniş seçimi var ki, qərar verməzdən əvvəl gəl, xüsusiyyətlərini araşdıraq və hansının sənə daha uyğun olduğunu seçək.
Niyə toster və vafli aparatı müasir mətbəxdə lazımdır?
Toster və vafli aparatları sadəcə mətbəx cihazları deyil, həm də gündəlik həyatımızı asanlaşdıran alətlərdir.
Vafli aparatının üstünlükləri:
● Tez hazırlama imkanı: Qısa müddətdə səhər yeməyinə və ya desertə hazır vaflilər hazırlaya bilərsən.
● Çeşidli reseptlər: Şirin, duzlu, hətta pəhriz reseptləri ilə fərqli dadlar kəşf etmək mümkündür. Vafli aparatının əksəriyyətində yapışmayan örtük olduğu üçün əlavə yağa ehtiyac qalmır. Bu da sənin üçün daha sağlam qidalanma deməkdir.
Toster aparatının üstünükləri:
● Toster səhər yeməyini sürətlə hazırlamağa imkan verir. Sadəcə çörək dilimlərini qoyub, istədiyiniz qızartma səviyyəsini seçdikdən sonra, qısa müddət ərzində isti və xırtıldayan tostlar əldə edirsiniz.
Hər iki cihaz çox asan istifadə olunur, sənə sadəcə ən uyğun funksiyaları seçmək və gözləmək qalır.
Toster necə seçilməlidir: güc, bölmə sayı, rejimlər
Toster seçim mərhələsində diqqət etməli olduğun ən vacib xüsusiyyətlər gücü, funksionallığı və qiymətidir.
Güc və qızartma səviyyəsi
● Tosterin gücü, qızartma sürətini və nə qədər bərabər qızartma qabiliyyətini müəyyən edir. 1000 W-dan 2000 W-a qədər olan modellər mövcuddur. Yüksək gücə malik modellər daha sürətli və bərabər şəkildə qızartma təmin edir.
● Hər bir modeldə qızartma dərəcəsini (adətən 6-7 səviyyə) tənzimləmək olur. Sən yumşaq və ya xırtıldayan tostu öz istəyinə uyğun edə bilərsən.
● Cihazın 2 və 4 slot sayısı birdən çox çörək parçasını eyni anda qızartmağa imkan verir.
Əritmə və qızdırma funksiyaları
Əlavə funksiyalar tosterin performansını artırır və istifadə rahatlıqı yaradır. Əritmə funksiyası donmuş çörəyi əvvəlcə əridir və sonra qızardır, qızdırma funksiyası isə soyumuş tostları yenidən qızardır. Bu xüsusiyyətlər cihazın rahatlığını artırır.
Vafli aparatı necə seçilməlidir: forma növləri, istilik, yapışmayan örtük
Vafli bişirməyi sevirsənsə, seçim zamanı bir neçə xüsusiyyətlərə diqqət etməlisən. İstədiyin nəticəni əldə etmək üçün aparatın hansı vafli formalar növünü dəstəklədiyini, istilik dərəcəsini necə tənzimlədiyini və yapışmayan örtüyün keyfiyyətini mütləq bilməlisən.
Vaflilərin növləri: Belçika, Vyana, incə
Vafli aparati seçərkən öncədən hansı vafli növünü sevdiyini bilməlisən. Qalın, xırtıldayan kənarları və dərin yuvaları olan vafli sevirsənsə, Belçika tipində aparat seçməlisən. Vyana vafliləri isə adətən daha nazik, yumşaq və zərif olur. Dondurma üçün vafli konusları hazırlamaq istəyirsənsə, sənə dəyirmi səthə malik vafli aparatı uyğundur.
Temperatur tənzimlənməsi və bərabər qızdırma
● Keyfiyyətli vafli bişirən aparatları ikitərəfli qızdırma sisteminə malik olur. Nəticədə, vaflilərin nə bir tərəfi yanmış, nə də ortası çiy qalmış olur.
● Temperatur tənzimləyicisi qızartma dərəcəsini idarə etməyə imkan verir və cihazı seçən zaman bu funksiyaya diqqət et. Yumşaq və ya xırtıldayan vafli bişirmək üçün istiliyi özün təyin edirsən.
● Bəzi modellərdə bişirməyə başlamaq üçün temperaturun hazır olduğunu və prosesin bitdiyini xəbər verən indikator işıqları olur.
Yapışmayan səth və sökülə bilən lövhələr
● Xüsusilə vafli aparatı seçimində sökülə bilən lövhələrə üstünlük ver, çünki bu hissələrin təmizliyi daha asan olur. Yapışmayan örtük təmizliyi asanlaşdırır, əlavə yağ istifadəsini minimuma endirir və vaflilərin asan çıxmasını təmin edir.
Materiallar və davamlılıq: nələrə diqqət etmək lazımdır
Cihazın materialı onun davamlılığını və təhlükəsizliyini təmin edir. Ən yaxşı material seçimi paslanmayan polad hesab olunur. Bu korpuslar yüksək davamlılıq təmin edir və mətbəxdə uzun illər sənə xidmət edəcək. İstiliyi bərabər yayan çelik korpuslar daha xırtıldayan vaflilər bişirir.
Toster qiyməti çelik korpuslar üçün yüksək olsa da, bu, uzunömürlülük deməkdir. Plastik materialdan hazırlanan aparatlar yüngül və münasib qiymətdə olur. Lakin, qoruma qatına və materialın yüksək temperaturda davamlılığına fikir verməlisən. Kombinə edilmiş korpus (içərisi çelik, kənarı plastik) həm yüngüllüyü, həm də təhlükəsizliyi təmin edir.
Hazırlıq sürəti və istifadə rahatlığı
● Tosterin gücü qızartma sürətini və eyni zamanda, qızartmanın bərabərliyini müəyyən edir. 1000 W-dan 2000 W-a qədər olan modellər mövcuddur. Yüksək gücə malik olan tosterlər tostları daha sürətli və daha yaxşı şəkildə qızardır.
● Vafli aparatının gücü nə qədər yüksək olsa, cihazın sürəti bir o qədər artacaq. Vafli aparatı nəticə olaraq rahat istifadəsi olan bir cihazdır və ləzzətli vaflilər hazırlamağa imkan verəcək.
-750 Vt: az miqdarda vafli hazırlamaq üçün uyğundur.
-1000 Vt: orta səviyyədə sürət təklif edir. Əksər standart ehtiyacları qarşılayır.
-1800 Vt: qısa vaxtda çox sayda vafli bişirə bilən, peşəkar səviyyəli modellərdir.
● Göstərici işıqlar (indikator) və ya səs siqnalı hər bir cihazda mövcuddur və istifadədə rahatlıq yaradır. Məsələn, vafli aparatında rotasiya sistemi olan modellər xəmirin bərabər paylanmasını asanlaşdırır.
Mətbəx cihazlarının baxımı və təhlükəsizliyi
Bütün electronics toster və vafli aparat modellərində təhlükəsizlik funksiyaları mövcuddur. Avtomatik sönmə funksiyası və korpusun kənarlarının qızmaması əsasdır. Məsələn, tosterdə çörək sıxışarsa, o avtomatik sönür. Bu, yanğın riskini azaldır, həm də uşaqlar üçün qoruma yaradır.
Təmizləmə prosesi hər zaman cihaz tamamilə soyuduqdan sonra başlamalıdır. Yapışmayan səthə malik vafli aparatı və ya tosterin içini nəmli, yumşaq süngər və ya parça ilə silmək kifayətdir. Asanlıqla təmizlənən material (plastik və ya çelik) mətbəxdəki rahatlığı artırır.
Yığcamlıq və saxlama
Əgər mətbəxin kiçikdirsə, yığcam dizaynlı modellər seç. Şaquli saxlama imkanı olan tosterlər və vafli aparatı modelləri yer tutmur. Cihazı işə salmazdan əvvəl ştepsel və kabelin zədələnmədiyindən əmin ol. Kabel üçün xüsusi saxlanma yeri olan kompakt modellər mətbəxdə səliqə yaradır.
Azərbaycanda toster və vafli aparatlarının populyar brendləri
Azərbaycanda toster və vafli aparatının bir çox tanınmış brendləri mövcuddur. Toster Kontakt home mağazalarında çox geniş seçimdə təqdim olunub. Burada Delonghi, Bork, Bosch, BergHOFF kimi etibarlı brendlərin məhsulları mövcuddur.
● Toster qiyməti 100 AZN-dən başlayır və 500 AZN-dək yüksələ bilər. Vafli aparati qiymeti isə 150 AZN-dən 600 AZN-ə qədər dəyişir. Qiymətləri, brendə və funksiyalara görə fərqlənir. Məsələn, Bork və BergHOFF markasının tosterləri davamlılığı və yüksək performansı ilə tanınır.
Kontakt.az-da məhsul alarkən ən böyük üstünlüklərdən biri orijinal olmasıdır. Baku, Azerbaijan və digər regionlara sürətli çatdırılma xidmətin mövcudluğu alış-verişin daha rahat və asan edir.
Kontakt.az-da təqdim olunan toster və vafli aparatı əsl mətbəx köməkçiləridir.
1. Toster (praktik və sürətli): Qısa müddətdə xırtıldayan tostlar hazırlamaq istəyirsənsə, toster mətbəxində mütləq olmalıdır.
2. Əgər müxtəlif növ vaflilər (Belçika, Vyana) hazırlamağı və resept çeşidliliyi yaratmağı sevirsənsə, vafli aparatı daha uyğundur. Sökülə bilən lövhələr, yapışmayan örtük və temperatur tənzimlənməsi asan təmizlik və mükəmməl nəticə təmin edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri