“Tottenhem” Kanye Uestə öz stadionunda çıxış etməyə icazə verməyib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Londonun “Tottenhem” klubu amerikalı reper və prodüser Kanye Uestin öz stadionunda çıxış etməsinə icazə verməyib.
İdman.Biz-in “Daily Mail”ə istinadən verdiyi məlumata görə, bu qərara səbəb sənətçinin antisemit açıqlamaları və klubun yəhudi icması ilə tarixi əlaqələri olub.
Əvəzində reper “Wireless Festival”da çıxış etməyə dəvət edilib. Bu qərar sərt tənqidlərlə qarşılanıb və iki əsas sponsorun tədbirdən çıxmasına səbəb olub.
“Pepsi” Kanye Uestin festivaldakı əsas çıxışına etiraz olaraq sponsorluğunu geri götürdüyünü açıqlayıb. Bir neçə saat sonra “Guinness”in sahibi Diageo, “Johnnie Walker” və “Captain Morgan” da “Pepsi”yə qoşulub.
Böyük Britaniyanın baş naziri Kir Starmer vəziyyətə münasibət bildirib və festivalın Kanye Uesti dəvət etmək qərarını “dərin narahatlıq doğuran” adlandırıb. O qeyd edib ki, reperin əvvəlki antisemit açıqlamaları nəzərə alınmaqla, onun ölkəyə girişinə qadağa qoyulması ehtimalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Aprel 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















