Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə verməyib
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb.
Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib. O, bu addımı 2026-cı il dünya çempionatından öncə oyun təcrübəsini qorumaq məqsədilə etmək istəyib.
Lakin Səudiyyə Ərəbistanının idman rəhbərliyi argentinalı futbolçunun cəmi dörd ay müddətinə milli çempionatda çıxış etməsi ideyasını bəyənməyib.
Qeyd edək ki, bir müddət əvvəl “İnter Mayami” Lionel Messinin klubla müqaviləsini 2028-ci ilin dekabrına qədər uzatdığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Oktyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















