Tovuzda 27 yaşlı qız qardaşına xəsarət yetirdi
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Tovuz rayonunda 1998-ci il təvəllüdlü Gülbəniz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Namiqə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 20-də rayonun kəndlərindən birində baş verib. Gülbəniz həmin gün saat 20 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qardaşı Namiqə yumruqla üz nahiyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Gülbənizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Gülbəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 20-də, saat 20 radələrində atası Elxanın adaptırını qardaşı Namiq götürüb və geri qaytarmadığı üçün atası ilə arasında münaqişə yaranıb: “Qardaşım sərxoş vəziyyətdə atamın ünvanına nalayiq söyüşlər söydüyünə görə mən də münaqişəyə qarışdım və qardaşımdan söyüş söyməməsini tələb etdim. Lakin Namiq mənim də ünvanıma nalayiq söyüş söydü. Mən də deyilən söyüşləri qəbul edə bilməyərək onun sifətinə sağ əlim ilə bir dəfə zərbə vurdum. Zərbənin təsirindən Namiqin ağzı qanamağa başladı. Qardaşımı döydüyümə görə çox peşman olmuşam. Bir daha bu cür əmələ yol verməyəcəyimə söz vermişəm”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən bacısına qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Tovuzda 45 yaşlı kişi qonşusuna xəsarət yetirdi
08 Yanvar 2025 14:29
Tovuzda 27 yaşlı gənc toyda bıçaqlanıb
24 Noyabr 2025 18:47
Lənkəranda 39 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT
21 Aprel 2025 19:25
Lənkəranda 43 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT
22 Noyabr 2024 13:39
Biləsuvarda 43 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT
10 Mart 2025 18:57
Baxış sayı:91
Bu xəbər 11 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları