Icma.az
close
up
RU
Tovuzda küçədə yaşayan ana və oğlu ilə bağlı Rəsmi açıqlama

Tovuzda küçədə yaşayan ana və oğlu ilə bağlı Rəsmi açıqlama

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Tovuz şəhərinin küçələrində uzun illərdir ki, bir ana və oğlu evsiz-eşiksiz, ac-susuz yaşayır”​. 

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə şəhər sakinləri “Səs” qəzetinə müraciət ediblər. 

Müraciətdə bildirilib ki, Aybəniz adlı qadın və azyaşlı oğlu Ömər evsizdir, heç yerdən köməkləri yoxdur: “Hər gün küçələrdə, binaların bloklarında, vağzalda yatırlar, çox vaxt ac qalırlar. Hərdən kimsə 1-2 manat yardım edir və ya nəsə yeməyə bir şey alırlar. Uşaq çox ağıllıdır və istedadlıdır, amma məktəbə də gedə bilmir. Anasının psixi problemi var. Əgər bir sığınacaq verilməsə, çox güman ki, bu qışı çıxara bilməyəcəklər, soyuqdan və aclıqdan öləcəklər. Fotoda gördüyünüz kimi, gecəni şəhərin mərkəzi meydanında skamyada yatmaqla keçiriblər”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza belə cavab verildi: “Tovuz rayonunda çətin həyat şəraiti ilə qarşılaşan vətəndaş və övladı ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Sözügedən şəxslərin Aybəniz Arif qızı Qasımova və 12 yaşlı övladı Ömər olduğu müəyyən edilib. Onların mövcud vəziyyətləri qiymətləndirilib. Hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparır. Aybəniz Qasımovanın psixoloji vəziyyəti nəzərə alınaraq onun Qazax Rayon Psixiatriya Xəstəxanasına, 12 yaşlı övladının isə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilməsi ilə bağlı fəaliyyət həyata keçirilir. Uşağın müayinə və vəziyyətinin qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri