Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü Rəsmi açıqlama
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
"Bu gün saat 11 radələrində Tovuz stansiyasının yaxınlığında hərəkətdə olan elektrovozun qarşısına qəflətən bir nəfər kişi çıxıb".
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat yayıb.
Qeyd olunub ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs həyatını itirib:
"ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















