Tovuzda maşın divara çırpıldı Xəsarət alanlar var YENİLƏNİB
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əli oğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.
***09:24
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.
Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 29 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















