Icma.az
close
up
RU
Toxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlandı

Toxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlandı

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları insan toxumasında hüceyrə tiplərinin öyrənilməsini asanlaşdıran, xərçəng araşdırmalarında inqilabi rol oynaya biləcək yeni bir alət “OmicsTweezer” hazırlayıblar.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni alət biopsiya yolu ilə əldə olunan toxuma nümunələrindəki hüceyrə tərkibini dəqiqliklə analiz etməyə imkan verir. “OmicsTweezer” bu məqsədlə böyükhəcmli bioloji məlumatları təhlil etmək üçün süni intellektin bir qolu olan dərin öyrənmə (deep learning) və optimal daşıma (optimal transport) kimi qabaqcıl maşın tədqiqatı metodlarından istifadə edir.

Tədqiqatın nəticələri “Cell Genomics” jurnalında dərc olunub. Layihənin baş müəllifi, OHSU-nun dosenti Zenq Sia qeyd edir: “Şiş mikromühiti, yəni şişin ətrafında olan hüceyrə mühiti şişin inkişafı və xəstəlik nəticələrinin formalaşmasında mühüm rol oynayır. Məqsədimiz toplu məlumatlardan istifadə etməklə bu mikromühitin hüceyrə tərkibini daha dəqiq aşkara çıxarmaqdır”.

Ənənəvi yanaşmalarda alimlər təkhüceyrəli texnologiyalarla əldə olunan məlumatları daha sadə xətti modellərlə təhlil etməyə çalışırlar. Lakin bu zaman “paket effekti” adlanan uyğunsuzluq müşahidə olunur, yəni tək hüceyrədən və bütöv toxumadan alınan məlumatlar uyğun gəlmir, bu da nəticələrin etibarlılığına mənfi təsir göstərir. “OmicsTweezer” isə tək hüceyrə səviyyəsində əldə olunan nümunələri bütöv toxuma nümunələrindən əldə edilən daha mürəkkəb məlumatlarla uyğunlaşdırır. Bu uyğunlaşdırma, hər iki məlumat növünü eyni rəqəmsal məkanda birləşdirməklə baş verir. Beləliklə, məlumat toplama üsullarından qaynaqlanan fərqlər azaldılır və daha etibarlı nəticələr əldə olunur.

Yeni alət həm simulyasiya edilmiş verilənlərdə, həm də prostat və bağırsaq xərçəngi olan xəstələrdən götürülmüş real toxuma nümunələrində sınaqdan keçirilib. Alət vasitəsilə hüceyrə alt tipləri və xəstələr arasında fərqlənən hüceyrə populyasiyalarının dəyişiklikləri uğurla müəyyən edilib. Bu isə gələcəkdə potensial terapevtik hədəflərin müəyyənləşdirilməsində tədqiqatçılara kömək edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 İyul 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri