Toxumdan yetişdirilən avokado ağacı meyvə verir? Mütəxəssisin cavabı
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illərdə bir çox insan ev şəraitində avokado yetişdirməyə çalışır. Lakin bu meyvənin çiçəkləməsi və məhsul verməsi ilə bağlı real vəziyyət düşündüyünüzdən daha mürəkkəbdir.
News24.az evdə avokado yetişdirmək arzusunda olanların qarşılaşdığı çətinlikləri və bunun nə dərəcədə mümkün olduğunu araşdırıb.
Əldə edilən məlumata görə, bir toxumdan ev şəraitində çiçək açan və meyvə verən avokado ağacının ehtimalı cəmi 1-5% təşkil edir. Üstəlik, ilk çiçəkləmə üçün ən azı 5-8 il gözləmək lazım gəlir – və bu zaman belə nəticə əldə olunacağına heç bir zəmanət yoxdur.
Bunun səbəbi avokado ağacının təbiətdə çox fərqli şəraitdə böyüməsi ilə bağlıdır. Təbii şəraitdə 20 metrə qədər böyüyə bilən bu nəhəng ağac, evdə – ən ideal baxımla belə – nadir hallarda 2-3 metr hündürlüyə çatır. Çiçəkləmə və meyvə vermək üçün isə ağac bol günəş işığı, yüksək rütubət və +22…+28°C aralığında sabit temperatur tələb edir.
Digər bir məqam isə çarpaz tozlanma zərurətidir. Evdə yalnız bir avokado ağacınız varsa, meyvə vermə ehtimalı sıfıra yaxındır, çünki tozlanma üçün yaxınlıqda ikinci bir avokado ağacı da olmalıdır.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Avqust 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















