Toy bazarında durğunluq Bəs qiymətlər necədir? VİDEO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ramazan ayı başa çatsa da, restoranlarda toylara tələbat müşahidə olunmur. Halbuki əvvəlki illərdə Ramazan ərəfəsində və orucluq ayından sonra restoran və şadlıq evlərində toy sifarişləri xeyli artırdı.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, restoran inzibatçıları bildirirlər ki, adətən Ramazan ayından sonra toy bazarında canlanma baş versə də, bu il gözlənilən aktivlik qeydə alınmır.
Restoran nümayəndələrinin sözlərinə görə, ötən illə müqayisədə bu il Ramazandan sonra toy bazarında daha az hərəkətlilik müşahidə olunur. Buna baxmayaraq, menyu qiymətlərində dəyişiklik edilməyib.
İnzibatçılar qeyd edirlər ki, sektorda yaranan bu durğunluğun hələ bir müddət davam edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:231
Bu xəbər 27 Mart 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















