Icma.az
close
up
RU
Toy restorana, restoran pub a, bar toya qarışıb MÜSAHİBƏ

Toy restorana, restoran pub a, bar toya qarışıb MÜSAHİBƏ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Samet Mirinin SİA-ya müsahibəsini təqdim edirik:

- Müğənnilər niyə fonaqrama oxuyurlar və boğazlarına əziyyət vermək istəmirlər?

- Fonaqrama oxusunlar, oxumasınlar demirəm. Amma sənəti olan müğənni fonaqrama ilə getsin. İndi Azərbaycanda gündəmdə olan müğənni, sənətçilərin 80-90%-i musiqi aləti ilə canlı oxuya bilməz. Öz mahnısını belə canlı oxuya bilməz. Mən iki il yarımdır ki, Azərbaycana gəlmişəm. Görürəm ki, bəzi müğənnilər öz mahnılarını oxumaqda çətinliklər çəkirlər. Məndən janrım olmayan, mənim olmayan mahnı istədiklərində oxumaya bilərəm, amma öz mahnımı oxuya bilməmək biabırçılıqdır. Səhnə arxasında elə müğənnilər var ki, deyirsən canlı oxusun, amma o qədər də bacarmır. Texnologiya inkişaf etdikcə səhnəyə çıxan bəzi xanımlar, bəylər aparıcılar da müğənni olur. Amma səsləri yoxdur. Azərbaycan musiqisi, musiqi təhsili dünyada bir nömrədir. Lakin canlı musiqi olaraq ətrafımızdakı ölkələrdən 50 il geridəyik. Toy restorana, restoran pub-a, bar toya qarışıb. Hər şey qarışıqdır. Restoranda oxunan mahnı ilə toyda oxunan mahnı eyni olmamalıdır. Restorana insan əylənmək üçün gedir. Orada "Qaynana" mahnısı oxunmamalıdır. Hər bölgənin öz yerli mahnısı var. Restoranda nə üçün yerli mahnı oxunmalıdır? Buna görə restoranda söz-söhbətlər də düşür. Azərbaycanda restoran, bar mədəniyyəti hələ formalaşmayıb.

- Bugünkü şou-biznesi necə görürsünüz? Niyə indiki mahnılar tez unudulur?

- Bir köhnə deyim var ki, bir insanın yanında çox dayansan, ona oxşayarsan. Həkimin yanında dayansan həkimliklə bağlı, müğənninin yanında dayansan bu işlə bağlı nəsə öyrənərsən. Restoranlar və televiziyalar millətin zövqünü korlayan əsas səbəblərdir. Oxuduğum restoran, məkanlarda öz janrımdan kənara çıxmıram. Əvvəl bayağı mahnılar istəyən müştərilər artıq məndən başqa mahnı istəmirlər. Məcbur qalıb modern musiqiyə alışmağa çalışırlar. Restoran sahibi icazə verməsə ki, bayağı musiqinin oxunmasına artıq müştəri dördüncü dəfədən sonra gəlməyəcək. Müğənniyə çox pul verməmək üçün musiqimizi dəyərsizləşdiriblər. Musiqimizin dəyərsizləşdirilməsi fonaqrama oxuyan bayağı müğənnilərə sərf edir. Min, iki min manat verilən qonorar ilə özünə aid ansambl yığa bilərsən. Azərbaycanda çörəksiz qalan musiqiçilər çoxdur. Bunun əsas səbəbi bayağı müğənnilərin məkana yığılmasıdır. Bu hal müğənniyə, restorana da sərf edir. Mən Tünzalə Ağayevanın "Pərvanə" mahnısını oxudum. Müştərilər gəlib məndən yeraz mahnısı istədilər. Musiqi sifariş verəndə gərək baxasan ki, müğənni nə oxuyur. Mən ondan bölgə musiqisini necə istəyə bilərəm? Hər kəsin bir janrı var. Bunun ən başlıca səbəblərindən biri restoran, restoran sahibləri və televiziyalardır. Azərbaycanda güclü müğənnilər var. Hərə öz köşəsində pulunu qazanmağa çalışır. Texnologiya elə həddə çatıb ki, sadəcə "bəli" de, süni intellektlə sənə musiqi hazırlasın.

- Niyə xanım müğənnilər daha tez məşhurlaşır?

- Bir az yaxın keçmişə gedək. Aygün Bəylərin sağlığında onu səhnə görünüşü ilə çox qınaq obyekti etdilər. Amma dünyasını dəyişdikdən sonra daha çox dəyərli etdilər. Həyat budur. İndiki müğənnilərin yüzdə doxsanı dinləyicilərin zövqünün pozulmasına səbəb olur. Dinləyicilər də müğənninin oxuduğu mahnıya yox, onun görünüşünə çox dəyər verir. İndi məşhurlaşmağın ən asan yolu soyunmaq və təlxəklikdir. İndi Aydın Xan müəllimlə səhnəyə çıxsaq, çox gözəl mahnılar oxusaq, ən çox on min, on beş min baxış gələcək. Amma dava etsək, köynəyimi cırsam, bütün Azərbaycan bizi tanıyacaq. Qınaq obyekti edəcəklər, amma toylara da çağıracaqlar. Türkiyədə Yıldız Tilbe, Sezen Aksu, İlyas Yalçıntaş məkanlara öz ansambılları ilə gedir və pulu tər tökmədən almırlar.

- Müğənnilərə fonaqrama oxumaq qadağan edilsə, musiqi sənayesinə necə təsir göstərə bilər?

- Biz bilirik ki, Azərbaycanda hər üç evdən birində pionino var. Analarımız gəlin köçəndə cehiz olaraq pionino veriblər. Musiqidə o qədər üstün ölkəyik ki, fonaqrama oxumaq bizim üçün təhqirdir. Fonoqramanı sənəti olan, 2-3 saat dayanmadan canlı konsert verə bilənlər oxuya bilərlər. İmkanı yoxdursa, hər hansı açılışa çağırıblarsa, fonoqrama ilə mahnısını oxuyan bilər. Görmüsünüzsə, dünyada böyük sənətkarlar DJ ilə işləyirlər. Azərbaycanda fonoqrama oxuyan müğənnilərin 80%-nin qazandıqları pul halal deyil. Azərbaycanda fonoqrama qadağan edilsə, inşallah ki, olar, 80-90% kişi və qadın müğənnilər köhnə işlərinə qayıdacaqlar.

- Nə üçün öz müğənnilərimizə dəyər vermirik?

- Dünyada və Qafqaz ölkələrində də ən peşəkar musiqiçilər sintezator ifaçılarıdır. Mənim onlara yazığım gəlir. Baxırsan ki, ev böyüklükdə səhnədir, tək dayanıb. Azərbaycanda sintezator ifaçıları çox professionaldır. Nazirlik belə bir yarış keçirsin. Münsiflər heyəti müğənniləri testdən keçirsin.

- Toya 20 minə gələn müğənni niyə fonoqrama ilə oxumalıdır?

- Bu, toy sahibinin zəifliyidir. Azərbaycan müğənnilərinin hamısı bu dəqiqə Moskva toylarındadır. Mən görmüşəm ki, toyda müğənniyə 5 min dollar, 10 min dollar pul danışıblar. Pulu verəndən, aeroportda əl sallayandan sonra başına vurur ki, mən nə etdim, yarım saat oxudu və pulu alıb çıxıb getdi. Peşman olurlar. Səsi olmayıb fonoqrama ilə səhnəyə çıxanların çox niyyətləri var. Onlar öz reklamlarını edib başqa sahələrə yönəlirlər. Bizim yaxşı səslərimiz var ki, onlar fonoqrama oxuya bilərlər. Röya, Aygün Kazımova özlərini sübut etmiş adamlardır. Televiziyada sonuncu dəfə nə zaman Zeynəb Xanlarovanın, Flora Kərimovanın, Müslüm Maqomayevin mahnısını eşitmisiniz? Radioda olsa da, televiziyada yoxdur. İnsanlar daha çox görüntüyə maraq göstərirlər. Demək istəyirəm ki, hər şey təməldən başlayır. 6-7 yaşındakı uşaqlar ara mahnıları eşidib böyüyəndə avara yolu getməkdən danışırlar. Hamısı mahnılardan irəli gəlir. Son zamanlar yaxşı ki, Nazirlik, polis avara mahnıları oxuyanları məsuliyyətə cəlb edirlər. Bu, gözəl şeydir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri