Icma.az
close
up
RU
Toy və yas mərasimlərində dəbdəbə: İlahiyyatçı israfçılığa qarşı ÇAĞIRIŞ EDİR

Toy və yas mərasimlərində dəbdəbə: İlahiyyatçı israfçılığa qarşı ÇAĞIRIŞ EDİR

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda yas və toy mərasimlərində israfçılıq məsələsi cəmiyyət üçün aktual mövzulardan biridir.

Müxtəlif sosial təbəqələrdə bəzi hallarda xərclərin həddindən artıq artması müşahidə olunur.

Bu vəziyyət həm dini, həm də milli dəyərlərlə bağlı müzakirələrə səbəb olur.

Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan mövzunu belə şərh edib:

“İsrafçılığın qarşısının alınmasında maarifləndirmə tədbirləri mühüm rol oynayır. Bildiyimiz kimi, dinimizdə də, israfçılıq qadağan olunmuş əməllərdən biridir. Eyni zamanda, milli adət -ənənələrimizdə və folklorumuzda da dəbdəbə, şan-şöhrət və bədxərclik bəyənilmir, doğru hesab olunmur.

Dinimizdə bu mövzuya xüsusi diqqət yetirilir. Qurani-Kərimdə hətta ayələr vardır: “Yeyin, için, amma israf etməyin; Allah israf edənləri sevməz.” Həzrət Peyğəmbər buyurur ki, hətta söz də su kimidir, onun israfı da haramdır. Böyük alimlərimiz də israfçılığın əleyhinə olmuşlar.

Təəssüf ki, bəzi insanlar, hətta inanclı şəxslər də, Quranın ictimai və mənəvi mahiyyətini tam anlamadan yalnız ibadət və şəxsi xilas məqsədilə tətbiq edirlər. Nəticədə, toy və yas mərasimlərində həddindən artıq israfçılıq müşahidə olunur. Məsələn, bəzi hacılar və ya digər nüfuzlu şəxslər şadlıq evlərində bahalı menyular təşkil edirlər ki, bu, həm qadağandır, həm də yanlışdır.

Həzrət Peyğəmbər və əhli beyt nümayəndələri belə mərasimlərdə heç vaxt təmtəraqlı şənliklər təşkil etməyiblər. Əksinə, onlar yaz mərasimlərində yardımı və maddi dəstəyi insanlara yönəldiblər. Bu nümunələr göstərir ki, israfçılıq həm dini, həm də milli dəyərlərə ziddir”.

İlahiyyatçı hesab edir ki, toy və yas mərasimlərində israfçılığın qarşısını almaq üçün cəmiyyətdə ictimai qınaq gücləndirilməlidir:

“İsrafçılıq insanların həyatını çətinləşdirir, dini və milli dəyərlərimiz buna yol vermir. Təəssüf ki, bəzi işbazlar və maraqlı şəxslər maarifləndirmə tədbirlərini pozur, toy və yas mərasimlərindən qazanc əldə etmək üçün insanları istismar edirlər”.

Tural İrfan qeyd edib ki, əgər maarifləndirmə və təbliğat vasitələri bəzi şəxslərin sui-istifadəsinin qarşısını almaqda yetərli deyilsə, bu halda qanuni tədbirlərin tətbiqi vacibdir.

“Yəni, mərasim şadlıq evlərində israfçılıqla bağlı qanunvericilik çərçivəsində cərimələr tətbiq olunmalıdır. Maarifləndirmə ilə təbliğatın çatmadığı hallarda qanun tədbirləri zəruridir və əks təbliğatın qarşısı mütləq şəkildə alınmalıdır”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri