Icma.az
close
up
RU
“Gəncədə yas mərasimlərində israfçılığa son verilsin” QMİ dən ÇAĞIRIŞ

“Gəncədə yas mərasimlərində israfçılığa son verilsin” QMİ dən ÇAĞIRIŞ

Icma.az, Bizim media saytına istinadən bildirir.

QMİ-nin Gəncə bölgəsi üzrə qazisi çağırış etd: “Gəncədə yas mərasimlərində israfçılığın qarşısı alınsın”.
Yas mərasimlərinin təşkili xalqların qədim adət-ənənələrindən biridir. Əsrlər boyu bu mərasimlər ailələrin kədərini bölüşmək, itki yaşayanlara mənəvi dayaq olmaq üçün keçirilib. Lakin təəssüf ki, bu gün bəzi yerlərdə, o cümlədən də Azərbaycanın böyük şəhərlərindən olan Gəncədə də yas mərasimləri öz ilkin mahiyyətini itirmək üzrədir.
 

Artıq insanlar çox vaxt tərəddüd içində qalırlar: itirdikləri doğmalarının yasını tutmaqla məşğul olsunlar, yoxsa gələn qonaqlara süfrə açmaq qayğısına qalsınlar? Yas evinin ağır, həssas ruhu bəzən geniş süfrələrin qurulması, müxtəlif böyük xərclərin çəkilməsi fonunda arxa plana keçir.


Bunun nəticəsində yas mərasiminin əsas məqsədi – mərhumun xatirəsini ehtiramla yad etmək və ailəyə dəstək olmaq – kölgədə qalır.
Bu gün cəmiyyətmiz üçün çox vacib və önəmli olan bu məsələni Bizim.Media olaraq dəfələrlə gündəmə gətirmişik. Bu yaxınlarda “Yası borcla keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?” başlıqlı yazıda dinin adət və ənələrin qorunub saxlandığı şəhərdə yas mərasimləri zamanı ehsan süfrələrinin və ümumilikdə dini mərasimlərin bəzən öz əndanəzəsindən çixması barədə yazmışdıq.
Qeyd etmişdik ki, Gəncənin dini qurumlarının rəhbərləri, şəhər ağsaqqallar çürasi bu vacib məsələ ilə bağlı müraciətlər etməli, əhalını maarifləndirməli, insanları israfçılıqdan çəkindirməlidirlər.
 

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə qazisi, "İmamzadə ziyarətgah" kompleksinin imamı Hacı Tahir Abbasov oxşar təşəbbüslə çıxış edib. İlahiyyatçi Gəncə şəhər ictimaiyyətinə müraciət ünvanlanıb.


Hacı Tahir Abbasov şəhər sakinlərini, yerli din xadimlərini, icra hakimiyyəti nümayəndələrini, hüquq-mühafizə orqanlarının rəhbərlərini və fərdi sahibkarları yas mərasimlərinin sadə və israfdan uzaq şəkildə keçirilməsinə dəstək verməyə çağırıb.
İlahiyyatçı vurğulayıb ki, bu təşəbbüs yalnız maddi yükün azaldılmasına deyil, eyni zamanda cəmiyyətdə sosial həmrəyliyin və dini dəyərlərin qorunmasına xidmət edir:
“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən dəfələrlə tövsiyə olunan bu yanaşma həm dini baxımdan məqbul, həm də sosial cəhətdən vacib hesab olunur. O vurğulayıb ki, yas mərasimlərinin mahiyyəti mərhumun xatirəsinin ehtiramla yad edilməsi və ailəyə mənəvi dəstəyin göstərilməsidir, dəbdəbəli süfrələr isə bu məqsədə xidmət etmir”,- deyə Hacı müraciətdə qeyd edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri