Xalq Bank ın istiqrazlarına 72 investordan 72 sifariş
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Xalq Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitmişdir.

AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir. İstiqrazlara 72 investor 72 sifariş təqdim edib və tam məblğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Xalq Bank" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002005513
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 50 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 9%
Ödəmə Periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 2 il
Minimal qiymət: 100 (9.0000%) manat
Maksimal qiymət: 100 (9.0000%) manat
Kəsmə qiymət: 100 (9.0000%) manat
Ortaçəkili qiymət: 100 (9.0000%) manat
Reallaşdırılmış həcm: 5 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5 000 000 manat
İnvestor sayı: 72
Sifariş sayı: 72
Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















